Min illərdir ki, eşqin simvolu olaraq ürək göstərilir. Ancaq aparılan araşdırmalara görə eşq ürəkdə deyil, beyində yaşanır. Universal Egey Sağlamlıq Xəstəxanasının Nevrologiya Mütəxəssisi Dr. Sultan Tarlaçı, insanın aşiq olarkən hiss etdiyi duyğunun qarşılığının beyində olduğunu ifadə edib. Eşq fəaliyyətə düşdükdə meydana gələn iştah azalması, yemək-içməkdən kəsilmə, nəbzin artması, döyüntü, tərləmə, titrəmə, bağırsaq hərəkətləri, mədə turşusu ifrazı, çox udqunmaq kimi fizioloji dəyişikliklərə görə ürəyin min illərdir eşqin simvolu olaraq seçildiyini izah edən Dr. Tarlaçı, "Eşqin simvolunun dəyişməsi çox çətindir. Amma insanlarda əsas olaraq eşq duyğusu beyində yaşanır, ürəkdə isə əks olunur. Əslində isə, eşq beyində başlayır, beyində inkişaf edir və beyində də bitir" dedi.
Ehtiraslı bir eşqə tutulan insanın oyaq olduğu zamanın 85%-inisevdiyi insanı düşünərək keçirdiyini, prioritetlərinin dəyişdirdiyini ifadə edən Dr. Tarlaçı, "Beyinin tədqiqində aşiq insanların qan və beyin mayesində obsesivxəstəliklərə bənzər dəyişikliklər olduğu ortaya çıxmışdır. İlk səkkiz aydan etibarən bu kimyəvi dəyişiklik normal insanlardakı səviyyəyə enir. Ehtiraslı eşqə başlayarkən ilk əvvəl insanların beynində həzz hormonlarında ciddi artım ortaya çıxır. Eşq bitməyə başladığı zaman bu hormonların miqdarı azalır, ehtiraslı eşqin bitmə müddəti isə 12-18 ay arasında dəyişir" deyə əlavə etdi.
Eşqin insanlarınbeyin strukturlarındakı bölgələrində dəyişiklik meydana gətirdiyini ifadə edən Dr. Tarlaçı, "Aşiq kəslər məşuqlarını gördükdə beyin strukturlarındakı bölgələrində həzz hormonuokeanına düşmüş olurlar. Xüsusilə alın bölgəsinin funksiyasıazalır. Alın hissəinsanlardaniyyət və qərar vermə və məntiqi məsələlər üçün ən əhəmiyyətli bölgədir. Məntiqin və ictimai qaydalara uyğun gəlmənin, əxlaqın və hörmətin qaynağıdır. Aşiqlərdə bu bölgədə işdə azalma, funksiyalarda zəifləmə və hətta itki meydana çıxır. Bir sözlə eşq gəlir, ağıl əldən gedir. Aşiq olanlar bu səbəblə axmaq və məntiqsiz risk etməyə meylli olurlar.
Eşqin insanların beynində yaradıcılığa səbəb olduğunu sözlərinə əlavə edən Dr. Tarlaçı, beyin hüceyrələrinin yeniləndiyini, həyatı uzadan beyin hormonu olan sinir böyütmə hormonunun qanda nəzərə çarpan bir şəkildə yüksəldiyini, ağrıya həssaslığın artırdığını da söyləmişdir.
Eşq keçicidir
Eşqin keçici olduğuna diqqəti çəkən Dr. Sultan Tarlaçı, bu müddətin ən çox 3 il olduğunu ifadə edərək, "Əhəmiyyətli olan müddəti deyil, əhəmiyyətli olan o dövrü ehtiraslı və ən yaxşı şəkildə yaşamaq, zaman içində bunun bitəcəyini bilməkdir. Zamanla eşq sevgiyə çevrilər, insanlar həyat boyunca eşq axtarar ancaq bir- iki dəfə qarşılaşarlar. Ayrılma vəziyyətində bu keçici vəziyyəti qəbul edib depressiyaya girməmək lazımdır" deyə xüsusilə vurğulamışdır.
_