Bu gün mən sevgi haqqında qısa olaraq danışacam. Sevgi mənim həyatımdı. Mənim həyatım bütünlüklə sevgi üzərində qurulub. Sevgi haqqında çox şey yazmaq olar. Amma,mən sizlərə qısaqca məlumat vermək istədim. Buyurun oxuyun.
Sevmək,birini sevmək,sevilmək çox gözəl bir duyğudur. Amma,sevgidə çətinliklər,maneələr olduqda insan istər-istəməz hayatdan bezir sanki. Bu çətinliklərdən keçərək böyüyür. Hayatın ona öyrətdikləri ilə davam edir yoluna. Elə xanımlar var ki,yoldaşını sevir. Onunçün hər şey edir. Onun sevgisini qazanmaq üçün hər yola əl atır. Amma,bəzi kişilər bunu anlayır xanımların davranışına qarşılıq verir. Bəzi kişilər də var ki,heç bunu anlamır. “bu etdiklərini heç anlamıram. Bu nədir ki,belə edirsən?”-kimi sözlər deyirlər. Əslində bunu etməli deyillər. Çünki,o kişi sevməsə də,onu sevən bir ürək var və o sözü dedikdə o ürək çox qırılır.
Əsl sevgiyə inanan xanımlarımız çox azdır. Saytda sevgi haqqında şərhlərindən gördüm mən bunu. Mən o xanımlara demək istəyirəm ki,mənim fikirimcə yaşadığım hayatda əsl sevgi var. İllərlə sevən,bütün ömrünü sevgiyə həsr edən insanlar var. Allah hər insanın qarşısına əsl sevgi çıxarır. Söhbət qarşı cinsə duyulan sevgidən gedir. Amma,o sevgini qoruyub saxlamaq,qədrini bilmək lazımdır. Hər insanin ürəyində ilk sevgisi olur. İlk sevdiyin an sanki dünya dayanır. Elə düşünürsən ki,bu dünyada bir sən varsan bir o var. Hər şey yuxuya bənzəyir. Sevən zaman insanın özü də çox dəyişir. Xəsis insanlar əlaçıq olur,qaraqabaq insanlar gülür,hayatdan ümidi qırılan insanlar hayata daha ümidlə baxmağa başlayırlar. Qarşılıqlı sevgi yaşamaq çox gözəldir.
İnsan sevmədən öncə özünü düşünürdüsə,artıq sevən zaman bunu edə bilmir. Çünki,özündən çox sevdiyi,özündən çox düşündüyü biri var artıq həyatında. Dünyaya yalnız onun gözüylə baxırsan. Yemək yediyində,su içdiyində,dinlədiyin musiqidə,yol getdiyində belə ondan bir xatirə axtarırsan və yalnız onu düşünürsən. Hər an qarşına çıxacaqmış kimi gözləyirsən onu. Hər quş uçanda elə bilirsən ki,o uçur ətrafında səni qorumaq üçün gəlib,”yanındayam,Sevgilim”-demək üçün gəlib.
Sevgidə ən vacib olan bilirsiz nədi? Səbr etmək. Çünki,sevgidə o qədər sınaqlar olur ki,səbr etməsən bu sınaqlardan çıxa bilməzsən. Səbr etməlisən ki,sevdiyin insanla qurduğunuz xəyallara qovuşa biləsiz.
Hər çətinlikdə boyun qaçırmaq,hər söz-söhbətdən bezib qaçmaq sevginin əlaməti deyil. Əgər bir insanın sizi həqiqətən sevdiyini bilmək istəyirsinizə bunu çətinliklərdən keçən zaman bilmək olur. Eləsi var sevdiyi insanla yolun sonuna kimi gedir ya xoşbəxt,ya bədbəxt olur. Elə insan da var ki,sevdiyi insanı elə yolun əvvəlində yorulur buraxır və tək yoluna davam edir.
Bu sevən insandan gözlənməyən bir hərəkətdir.
Bəs siz Əziz Qadın.Netlilər, əsl sevgiyə inanırsınızmı? Sevgi sizin üçün nə deməkdir? Fikirlərinizi mənimlə paylaşsanız çox sevinərdim.