Özüm bu torpaqda, nəğməm dünyada...
Hamıaylı gecədəxəyala dalıb düşünməyi çoxsevir. Belə anlardaadamın nəzəriəsrarəngizsəmaya dikilir. Göydənəqədər ulduzvar. Amma bizbunlarınbirneçəsinitanıyırıq. Dan ulduzunu görənkimi səhərixatırlayırıq: al üfüqlü, qaynarhəyatlı, mehribangünəşli səhəri...
Böyük şəxsiyyətlər də belədir.Onlar dabizə özmənalıömürvəhəyatyolu ilə səhərixatırladır: al üfüqlü, qaynarhəyatlı, mehribangünəşli səhəri...
Xalqımızın taleyindəbelə şəxsiyyətlər tarix boyu olub və indi dəvar.Belə şəxsiyyətlərdən biri dəbugün 76 yaşınıqeyd etdiyimizAzərbaycan incəsənətinin canlı korifeyiZeynəb Xanım Xanlarovadır.Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakı şəhərindədoğulmuşdur.Ailənin sonuncu - 5-ciövladıdır.
Əvvəlcə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbində, daha sonra A.Zeynallı adına Bakı Musiqi Texnikumundatəhsil almışdır. 1961-ci ildən Opera və balet teatrının solistidir. 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artistifəxri adlarına layiq görülmüşdür. 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatınınlaureatıdır. O, eyni zamandadünyanın bir çox ölkələrinin orden vəmedallarına layiq görülmüşdür. Zeynəb Xanlarova həmdəictimaixadimdir. XI-XII çağırışAzərbaycan SSR Ali Sovetinin və I-IV çağırışAzərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin üvzüdür.
Zeynəbxanım Üzeyir Hacıbəyovun"Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında məşhur Leylivə Əsliobrazlarını ən mahir ifaçısı, yaradıcısıdır. Repertuarında muğam (“Şahnaz”, “Mahur”, “Qatar”, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev,Fikrət Əmirov,Tofiq Quliyev,Cahangir Cahangirov,Arif Məlikov,Emin Sabitoğlu,Ələkbər Tağıyevvə b.) vəŞərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır.
Zeynəb xanımAzərbaycanın ilk sənətkarlarındandır ki,bizim zəngin musiqimədəniyyətimizi,xalq muğamları vəmahnılarımızıxarici ölkələrdə sevə-sevə təbliğ etmiş, Azərbaycan adına hər yerdə ucalıq və şöhrət gətirmişdir.
Onun ən gözəl mahnılarından birinin“xoşbəxtlik”adlanması təsadüfideyildir:
Dünyada nə qədər sərhəd görmüşəm,
Küləklər səsimi həryana yayıb.
Hər eldə, obada hörmət görmüşəm,
Görüşlər,vidalarunudulmayıb.
Gəzir ölkələri nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada.
Zeynəb xanım sözün əslmənasındadünyanın ən xoşbəxt insanı, dünyanın ən xoşbəxtsənətkarıdır.Müğənni bunagörə Azərbaycanaminnətdardır. Odur ki,
“Sənə minnətdardır nəğməm dünyada” deyərək,özünə bağışlanan gül-çiçəklərivətəninə bağışlayır:
Mənə bağışlanan gül-çiçəkləri ,
Vətənim, mən sənə bağışlayıram.
Sənə minnətdardır nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada.
Birməşhur deyib ki, musiqiqəlbin, eşqin və Tanrının dilidir.Zeynəb xanım yarım əsrdən artıqdır ki, bu dildə danışır. Xalqın arzu vəistəklərini, sevinc və kədərinibu dillədindirib-danışdırır.Yenə dəkeçən əsrin 60-70 ci illərindəkikimi böyük şövqvə sevgiylə...
Azərbaycan musiqisi dünyanın ən nəhəng konsertsalonlarında hər zaman səslənəcək, getdikcə simfoniyayaçevriləcək, pərdə-pərdə ətrafayayılaraq sərhədlər aşacaq, könüllərfəth edəcəkdir. Azərbaycana, burada yaşayaninsanlarahörmətvəşöhrətgətirəcəkdir.
Bu günhörmətliZeynəb xanımın 76 yaşı tamam olur. Zeynəb xanım bu gün də gənclikşövqi ilə səhnələrimizdədir, ürəyimizdədir, musiqi beşiyimizin başındadır.
Qadın. Net ailəsiadındanhörmətli Zeynəbxanımıdoğumgünü münasibəti iləürəkdəntəbrik edir, ona uzun ömür, cansağlığı vəmusiqi mədəniyyətimizin daha da inkişaf etdirilməsisahəsindəkiyorulmazfəailiyyətindətükənməz enerji arzulayırıq.