F.Engels “Ailənin, dövlətin və xüsusi mülkiyyətin mənşəyi” əsərində qeyd edir ki, ailənin dörd tarixi forması, yəni qan qohumluğuna əsaslanan ailə və monoqam ailə formaları olmuşdur. Monoqam ailədən savayı sadaladığımız ailə formalarının hamısı ibtidai-icma cəmiyyətində mövcud idi.
Qan qohumluğu ailəsini qeyri-məhdud cinsi əlaqə formasından fərqləndirən cəhət ata-analarla övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunmasıdır.
“Punalua” ailəsinin mütərəqqi cəhəti ondan ibarət idi ki, burada bacılarla qardaşlar arasında fiziki yaxınlığa son qoyulmuşdu. Ümumi ərlər bir-birilərini qardaş, ümumi arvadlar isə bacı deyil, “punalua”, yəni “yaxın yoldaş” deyə çağırırdılar. Qohumluq ana xətti ilə müəyyənləşdirilirdi, çünki kişilər və arvadlar ümumi olduqlarından uşağın atasının kimliyini söyləmək çətinlik törədirdi.
İlk növbədə daha yaxın, sonra isə uzaq qohumların bir-biri ilə evlənməsi qadağan edildi. Beləliklə, ikili ailə forması meydana gəldi.
F.Engels göstərir ki, ana hüququnun devrilməsi qadın cinsinin ümumdünya tarixi məğlubiyyəti idi. Ər evdə idarə etməyi öz əlinə aldı, qadın isə öz şərəfli mövqeyini itirdi, ərin kənizi oldu, onun ehtirası üçün bir qula, sadəcə uşaq doğmaq alətinə çevrildi.
Iqtisadi həyatdakı dəyişikliklər, xüsusi mülkiyyətin meydana gəlməsi get-gedə monoqam (təknikahlıq) ailənin yaranmasına gətirib çıxartdı. F.Engelsin təbirincə desək, monoqamiya “bir cinsi digər cinsin əsarət altına alması kimi, bütün əvvəlki tarixdə o vaxta qədər cinslər arasında görünməmiş bir antaqonizm kimi meydana gəldi”.
Ailənin təsərrüfat-iqtisadi funksiyası ailə münasibətlərinin müxtəlif cəhətlərini-ev təsərrüfatının və ailənin idarə olunması, ev büdcəsinin tənzimlənməsi, qadın əməyi problemi, ictimailəşdirmə və s. əhatə edir.
Ailənin tərbiyəvi funksiyası inkişaf etmiş sosializm cəmiyyəti şəraitində geniş məna kəsb edir. Uşaq ilk tərbiyəni ailədə alır. Gələcək vətəndaşın həyatda fəal mövqe tutması, Vətənin layiqli övladı kimi böyüməsi onun aldığı tərbiyədən çox asılıdır.
Ailənin emosional funksiyası ailə üzvlərinin istirahəti üçün mənəvi-psixoloji şəraitin yaradılmasını, asudə vaxtın səmərəli təşkilini və s. şərtləndirir.