Mükəmməl sevgili olmaq istəyirsinizmi?Elə isə sizinlə paylaşdığım qaydalara fikr verməlisinz.
İnanın
Bir kişinin ən nifrət etdiyi şey şübhədir.Onu uzun və darıxdırıcı suallarla yormayın.İnanmırsınızsa, onsuz da əlaqənin davam etməsinin mənası yoxdur.Sizə bir sirr açım : Kişilər fikrləşdiyinizdən daha vicdanlıdırlar.Siz ona inam duyğusunu hiss etdirsəniz,o bunun məsuliyyətini üzərinə götürəcək.
Dürüst olun
Ona yalan danışmayın.Bilmədiyiniz mövzuları izah etməyə çalışmayın.Sadəcə dürüst olun.
Yaxın olun
Bu, həssas bir tarazlıq tələb edir.Yaxın olmaq və darıxmaq arasında qaldığınızı hiss etdiyiniz zaman yalnız geri çəkilin və onun sizə tərəf gəlməsini gözləyin.Etdiyi hər şeydə dəstək olduğunuzu hiss etdirin.Kimsəni tapa bilmədiyində sizinlə rahatlıqla dərdləşə biləcəyini hər fürsətdə ona xatırladın.
Qətiyyətsiz olmayın
Biz qadınlar bəzən mehribanlıq görməyəndə heç bir səbəb olmadan dalaşırıq.Kişilər bu tərs munasibətdən qaçarlar.Darıxırsınızsa və ona ehtiyacınız varsa, bunu sadəcə ona deməyiniz yetərlidir.
Ətrafınızdakılara hörmət edin
Bir kişinin dostları bir qadınınkından daha qiymətli ola bilər.Onun dostları ilə görüşlərinə siz qarışmayın.Əlbəttə, sizə qarşı laqeyddirsə, bu, ciddi söhbət tələb edir.Lakin onun zövq aldığı şeyləri təhqir etməyiniz onu hirsləndirir.
Dəyişdirməyə çalışmayın
Ona aşiqmi oldunuz? Bunu özünüzə tez-tez xatırladın.Sevgilinizi dəyişdirməyə çalışmayın.Kimsəni ozünüzə görə yenidən uyğunlaşdıra bilməzsiniz.Bunu qəbul edin.
Hər birimizə təmiz,saf sevgi arzu edirəm.