Milli-mənəvi dəyərlərimizdən danışanda ağıla gələn ilk ünvan ailə olur. Həqiqətən də əsrlər boyu arına-arına, cilalana-cilalana ailə məişət qanunlarımız formalaşıb. Azərbaycan ailəsinin təməlində fədakarlıq, ismət və iffət anlayışı aparıcı amillər olub. Yəni ailə quran fərdlər bir-birlərinin hər əzabına, hər əziyyətinə qatlaşıblar. Ona görə də əsrlər boyu Azərbaycanda ailənin dağılması böyük bir fəlakət kimi qarşılanıb. Ancaq çox təəsüf ki, son dövrlərdə mənəviyyatımızın digər sahələrində olduğu kimi ailə-məişət münasibətlərimizdə də ciddi aşınmalar müşahidə olunmaqdadır. Artıq ailə fərdləri arasında nə o ismət həya tutğusu qalıb,nə də o fədəkarlıq. Heç kəs öz haqqında keçmək istəmir, hər kəs rahatlığını düşünür. Ən dəhşətlisi isə artıq ailə anlayayışının özü, mahiyyətini dəyişməkdədir.
Təsəvvür edin ki,əsirlər boyu yad,ögey ölkələrdə formalaşmış və bizim lənətlə qarşıladığımız münasibətlər formalaşır: bir-birindən xoşu gələn nə dini, nə də resmi nikah istəmədən bir araya gəlib yaşamağa başlayırlar. Məntiqləridə budur ki, hər biri öz azadlığını saxlayır,yəni sabah kimin üzü dönsə, çixib gedə bilər. Bunun üçün tərəflərdən heç biri öz boynuna məsuliyyət götürmür. Təbii ki, bu əxlaqsızlığın yayılmasında teleserialların və bu sahəyə yönəlmiş, xüsusi dairələr tərəfindən hazırlanmış proqramların da rolu az olmur. Təsəvvür edin ki, hər şeyin üstündən xətt çəkilir,kimin xoşu kimdən gəlirsə,bir ev tutub yaşamağa başlayırlar. Nə vaxt da ürəyini vurdusa, çantasını götürüb evdən çıxır. Bu, bütün gözəlliklərimizin,mentalitetimizin ciddi fəlakətlə üz-üzə qaldığını göstərir. Bu cür hallarda tərəflər bir-birlərinə müvəqqəti yol yoldaşı, paltar və ya ayaqqabı kimi baxırlar. Təbii ki, belə olan halda bu izdivacın sona qədər uzanma ehtimalı bir faiz ola,ya olmaya. Bu cür görüşlərdən doğulan uşaqların demək olar ki, əksəriyyətinin aqibəti heç də ürək açan olmur.
Ailə müqqədəs anlayışdır. Həqiqi sevənlər,Allahını başının üstündə görənlər üçün ailə bir cənnət bağcasıdır. Ancaq təəssüflər olsun ki, son dövrlərdə bu cəmiyyətimizdə arzuedilməz hallar müşahidə olunmaqdadır.
Övladınıza sahib çıxın,onun kiminlə oturub-durmasına, münasibətlərinə, duyğularına göz qoymaga çalışın. Elə olmasın ki,bu cür qeyri-rəsmi münasibətlərdən doğulan uşaqlarınızı və ya nəvələrimizi sabah ya uşaq evində, ya da küçələrdə axtarasız.
AYDIN UCAL