Çiçək ətir saçmaq,atəş yandırmaq,qadın isə xoşbəxt olmaq üçün yaranmışdır.Müdrikcəsinə deyilmiş bu sözlər Q.Qardonya məxsusdur.
Doğrudur,qadın xoşbəxt olmaq üçün yaranmışdır.Amma təəssüf ki,bütün qadınlar xoşbəxtliyin dadını dada bilmir.Həyatın,taleyin incə addımları qapılarını vahiməylə və çox sərtliklə döyür.İtalyan filosufu Seneka demişkən:'Tale istədiyini aparar,istəmədiyini dartıb sürüyə-sürüyə gətirər. '
Belə məqamlarda,gənclər üçün həyat hələ irəlidədir,xoşbəxt olmalarına vaxt tukənməyib hələ...Kaş dönüb qocalığa boylana bilsəydik bir anlıq...Qocalar üçün yaşadıqları ömrün keçən bir boşluq olduğunu biz də görə bilsəydik...
Bu haqda alman filosufu A.Şophenhauerin gözəl kəlamını xatırladım:'Gəncliyin nəzərində həyat uzun,sonsuz bir gələcək,qocalığın nəzərində isə qısa keçmişdir sadəcə!.. '
Qadının yaşadığı ömüründə xoşbəxtliyinin başlıca rolu,məhəbbətdir.Amma indiki zamanda gənclərimiz gözəl qadına meyl salıb,ona bəslədiyi hissi 'Məhəbbət' adlandırır.Həyatda 'Gözəllik düsturu' ilə evlənən bu cür cütlüklər heç də xoşbəxt ola bilmirlər.
Şərqin ensiklopedik mütəfəkkiri Xacə Nəsrəddin Tusi özünün ' Əxlaqi-Nasiri' əsərində, gözəl qadına öz konsepsiyasından yanaşaraq yazırdı:' Qadını gözəllik xatirinə almaq düzgün deyildir.Çünki,gözələ gözü düşən çox olur.Bu cür evliliklərin sonu hər iki dünyada qəm-kədərə batmaq və sonu biabırçılıqla bitər.' Tusinin bu kəlamlarından gözəl qadınlar inciməsin. Tusi sadəcə,gözəlliyi ideallaşdırmağın və qadını yalnız gözəlliyinə görə almağın əleyhinədir.
Acı bir həqiqətdir ki,əksər gənclər qadının xoşbəxtliyi haqqında qəti düşünmür.Ağıllarından yalnız gözəlin gözəlliyinə sahiblənmək keçir.'Əsr'lərdən gələn 'Əsər'lərə nəzər salsaq,qadınlar heç də ideal dərəcədə gözəl olmayıb.Aşiqlər qadının naz-qəmzəsinə,üzünün qızartısına (abır-həyasına) vurulmuşlar.
Yadıma böyük maarifçimiz Firuddin bəy Köçərlinin ailəyə örnək olacaq kəlamları düşdü:' ...Kişini arvad özünə,cismiylə və zahiri camaliyla cəlb etməməli.Çünki,kişi qadına sahiblənəndən sonra gözəllik mənasını itirir,qadın əzəlki qiymətindən düşür.Bunun üçün ağıl,kamal,əxlaq vacibdir...'
Sonuncu sitatım N.N.Nəvvabdan olacaq:' Qadın gözəl olmasa da olar.O,xoşüzlü və xoşxasiyyət olsun-bu böyük sərvətdir...'
Bax belə,sevimli kişilər! Qadın dünyası nəhəng və dərin okeandır.Nə qədər təmtəraqlı müqayisə olsa da,bu dünya sizsiz heç nədir.Sonu kədərli həyatdır.Sizlər bu ecazkar məxluqun qədrini bilin,söz verdiyiniz xoşbəxtliyi ona yaşadın.Gözündən axan göz yaşının deyil,üzündəki təbəssümünün səbəbkarı olun...