Gəlin-qaynana çəkişmələri əsrlərdir az qala bütün millətlərdə özünü göstərən bir vəziyyətdir. Evlilik reallaşdığı zaman ailələrin bu yeni vəziyyətə alışmağı və ailəyə yeni qatılan insanı qəbul etməyi üçün zaman lazimdir. Ümumiyyətlə, fərqli həyat tərzləri və ailə ənənələrindən gələn iki adamın bir-biri ilə uyğunlaşması, şəxsiyyətlərinin tarazlanması kifayət qədər çətindir və buna ailə böyüklərinin istəkləri, şəxsi xarakterləri da əlavə olunanda ortaya bir sıra əlavə çətinliklər çıxır. Hətta bir çox ailə bu səbəbdən dağılır . Gəlin və qaynana qarşıdurmasını müərəkkəbləşdirən şey aradakı gücdən istifadə döyüşüdür. Ümumiyyətlə, iki qadın arasındakı bu güc döyüşləri evliliklərə mənfi təsir edir. Gücdən istifadə etmək ünsiyyəti yox edir. Bir-birini qəbul etməmək, qarşı tərəfi anlamamaq, öz dediyini necə olursa-olsun zorla qəbul etdrmək, öz fikirlərinin doğru olduğuna inanıb, onları qarşı tərəfə təqlid etmək ən çox rast gəlinən yanlış münasibətdir.
Bir kişi üçün həyatında ən çox dəyər verdiyi iki qadın arasındakı bu qarşıdurma həqiqətən onun üçün çox dözülməzdir.Tarazlığın qurulması kişidən gözlənilir. Amma başqa iki şəxs arasında olan bu qarşıdurmanın üçüncü bir şəxs tərəfindən tarazlanması qeyri-mümkündür. Kişinin müdaxilələri olsa da, bu, yenə də tərəflərdən birinin özünü haqsızlığa uğramış hiss etməyilə nəticələnəcək.
Gəlin qayınana qarşıdurmaları üçün həll təklifləri: * Heç bir zaman yoldaşınızı elə bir seçim qarşısında qoymayın ki,ya sizi, ya anasını seçməli olsun. Kimin günahkar,kimin günahsız olduğunu araşdırmağı ondan istəməyin. Heç bir kişi belə bir seçim edə bilməz. Bir tərəfdə həyat yoldaşı, bir tərəfdə anası varsa, belə bir vəziyyətdə kişi təzyiq hiss edir. Bu da sizin əlaqənizə mənfi təsir edəcək.
* Keçmişdə baş verənləri bu gününüzdə təkrarlamayın. Özünüzü və yoldaşınızı, hətta uşaqlarınızı da mənfi düşüncələrdən uzaq tutun. Hər gün yeni bir gündür və hər gün əslində yenidən başlamaq üçün sizə imkan yaradır. Mənfi düşüncələrinizi bir kənara buraxın və yenidən başlayın.
*İntriqa aparmaq əvəzinə qaynananızla bərabər səviyyədə ünsiyyət qurmağa səy göstərin. Dediklərini dinləyin. Dinləməyiniz haqq verdiyiniz, ya da hər dediyini etdiyiniz mənasını vermir ki.... "Səni anlayıram" mesajı çox yerdə işə yarayacaq. Siz dinləməyə başladınızsa, bir müddət sonra onun da sizi dinlədiyini görəcəksiniz. Həyatınızdakı insanlarla ortaq olduğunuz fikirlərlə yanaşı, fərqli düşüncələriniz də olacaq. Bunları intriqahalına gətirməyin. "Sən haqsızsan, mən haqlıyam" kimi fikirlər heç kimə kömək edə bilməz. Həyatın hər nöqtəsində fərqli inanc və düşüncələr vardır. Çalışın olduğu kimi qəbul edib, anlayıb,dinləyəsiniz. Və hər nə olursa-olsun, əlaqələrinizi müəyyən bir çərçivədə saxlayın. Əlaqələrdə mütləq sevgi və hörmətə əsaslanan sərhədlər olmalıdır.
* Ailə böyükləri başa düşməlidirlər ki,onların övladları artıq yeni bir ailə qurub. Yeni evlənmiş cütlüklər də valideyinlərinin xətrinə dəymədən incə şəkildə bunu onlara xatırlatmalıdırlar. Cavanlar artıq bir yetkin olduqlarını ailələrinə hiss etdirməlidir. Özünüzü onlara ifadə edin. Hiss etdiklərinizi izah edin. Cümlələrinizi "Sən beləsən" yerinə "Mən belə hiss edirəm" şəklində qurun. Yoldaşınızın ailəsi ilə bir döyüş meydanında deyilsiniz, bunu unutmayın.
* Bir-birini kənara atmaq yerinə, ortaq hərəkət edin. Bir-birinizin düşməni deyilsiniz. Ortaqlıq hiss etmədiyiniz fikirlərdə isə öz həyatınızı və fikirlərinizi yaşamağa davam edin. Bunları bəzilərinin gözünə soxmaq məcburiyyətində deyilsiniz. Heç kim bir-birinin həyatını yaşamaq məcburiyyətində deyil. Bu mövzuda heç kimə təzyiq göstərməsəniz, bir müddət sonra onların da bunu qəbul etdiyini görəcəksiniz. Yetər ki, səbr edin.
* Ümumiyyətlə, ən çox görülən qarşıdurma vəziyyətlərindən biri də uşağın tərbiyəsində yarananfikir ayrılıqlarıdır. Uşaqlarınızı böyüdərkən onlardan kömək aldığınız müddətcə bu qarşıdurma qaçılmazdır. Unutmayın ki,uşağınız onları da sevəcək və bu lazımlıdır. Öz qayğı və qorxularınızı əsla uşaqlarınıza bildirməyin. Uşağın qayğı və təhsil işlərini özünüz peşəkar həll etdikdən sonra onlarla görüşməyinə də şərait yaradın.Amma uşağınızın tam məsuliyyətini böyüklərə verdinizsə, bu səhv addım olar. Bu vəziyyətdə də ən çox təsirlənəcək şəxs uşaqdır. İki fərqli düşüncə altında böyüyən bir çox uşaq mənfi davranışlar qazanıb.Unutmayın ki, əgər siz artiq valideynsinizsə, sizin üçün indi ən əsas öz ovladinizi yaxşı tərbiyə edib böyütməkdir. Bunun üçün evdəki ab-havaya daha çox diqqət yetirmək lazımdır.