Hər bir xanımın arzusu sağlam uşaq dünyaya gətirib, onu boya-başa çatdırsın. Kim istəməz ki, ona yaxşı təhsil versin və toyunu görsün. Ananın qayğısı, nəvazişi və diqqəti hər zaman övladının üstündə olur. Ana övladının kədərini hər zaman hiss edir və qəlbindəki məhəbbət və mehribanlığını ondan əsirgəmir.
Beləcə ana uşağını böyüdür və həyat yolunda da istiqamət göstərir. Oğlunu evləndirir və bir qızı evinə gəlin gətirir. Görəsən ana onu öz qızı kimi qəbul edə bilər. Bəzi hallarda hə, mənim qaynanam kimi, bəzi hallarda isə yox. Evdə oğlunun yanında "yad" adamıgörüb və qısqanclıq hissi yaranır.
Ailədə söz-söhbətlər, qalmaqallar başlayır, münasibətlər soyuyur. Əlbəttə, belə olmamalıdır. Mənim də oğlum var və onun da gələcəyi məni maraqlandırır. Hərdən fikirləşirəm ki, mən yaxşı qaynana olacağam. Bəs siz gəlin-qaynana münasibətlərindən nə fikirləşirsiz? Hər bir ailəyə sülh, əminamanlıq arzu edirəm!