Ev şəraitində hazırlanan saça qulluq maskaları həm saçlarınızı qoruyacaq, həm də onları parlaq və yumşaq edəcək. Maskaların tətbiqi saçlarınızın vəziyyətindən asılıdır - əgər saçlarınız sağlam deyilsə, həftədə 2-3 dəfə maskaları etməyiniz məsləhətdir, profilaktika üçün isə ayda 1 dəfə etməyiniz kifayətdir.
*Kokos yağlı quru saçlar üçün maskalar
1. Bu maskanı etmək üçün sizə lazım olacaq; - 1 xörək qaşığı kokos yağı. - 1 xörək qaşığı zeytun yağı. - bir neçə damcı lavanda və ya ilanq-ilanq efir yağı. Bu inqrediyentləri qarışdırın. Saçlarınıza çəkib, bir neçə saat saxlayın. Sonra adi qaydada-şampun və kondisionerlə yuyun. Proseduru həftədə bir dəfə etməyiniz məsləhət görülür.
2. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı jojoba yağı ilə qarışdırın, azca qızdırıb saçlarınıza çəkin. 1 saat saxlayın, sonra adi qaydada yuyun. Bu maska quru saçları nəmləndirir və parıltı bəxş edir.
3. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı çaytikanı yağı (oblepixa yağı) ilə qarışdırın. Saçlarınıza çəkib, istidə saxlayın. 1 saatdan sonra adi qaydada yuyun. Bu maska çox zədələnmiş quru saçları bərpa edir.
4. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı badam yağı ilə qarışdırıb azacıq qızdırın, saçlarınıza çəkib 1 saat saxlayın. Sonra adi qaydada yuyun. Bu maska rənglənmiş quru saçları bərpa edir.
*Qidalandırıcı maska
1 neçə yumurta sarısını 1 xörək qaşığı zeytun yağında çalıb, üzərinə 1 xörək qaşığı bal və 2 xörək qaşığı brendi əlavə edib qarışdırın. Saçlarınıza çəkin, üzərini polietilen papaq və dəsmalla bağlayın. Minimum 20 dəqiqə (maksimum yarım saat) saxlayıb isti su ilə adi qaydada yuyun.
*Saç maskası
Bu maskanı etmək üçün sizə lazım olacaq: - 1 hissə limon şirəsi - 1 hissə zeytun yağı Bunları qarışdırın. Saçlarınızı darayıb maskanı çəkin. İstidə bir saat saxlayın,sonra adi qaydada yuyun.
*Sadə maska
2-3 xörək qaşığı zeytun və ya avokado yağını azca qızdırıb daranmış quru saça çəkin. İstidə 1 saat saxlayıb adi qaydada yuyun. Nəticə: yumşaq ,parlaq saçlar
*Quru saçlar üçün maska Sizə lazım olacaq: - 1 xörək qaşığı bal - 2 xörək qaşığı konyak - 2 xörək qaşığı zeytun yağı - 1 çay qaşığı limon şirəsi Bunları qarışdırıb, təmiz saçlara çəkin, 1 saata yaxın istidə saxlayın. Adi qaydada yuyun. Maskanı həftədə 1 dəfə edin.