Dırnaqlarınız tez-tez qırılır?Zəif dırnaqlarınızdan təngə gəlmisiniz? Zəif dırnaqları möhkəmləndirmənin yolları təqdim edəcəyim xəbərin ardında...
Cökə çiçəyi kremini əl və dırnaqlara çəkib, əllərinizə əlcək geyib (rezin və yun yox,xüsusi əl üçün olan kosmetik əlcəyi) yatın. Səhər kremin qalığını silin. Əlcəkləri yuyun. Bu proseduru ən azı 10 gün edin. Əlləriniz təravətlənəcək.
Bişmiş yumurta sarısını 4 q. arı mumu ilə su hamamında əridib qarışdırın. Bura 5 ml şaftalı yağı damcıladın. Kütlə krem kimi olmalıdır. Bunu hər axşam dırnaqlara dibdən uca kimi çəkin.Əgər zəif, laylanan və sınan dırnaqlardan ömürlük xilas olmaq istəyirsinizsə, bu üsulu tətbiq etməniz kifayətdir.
Təbii mumu (və ya hazır satılan dırnaq parafinini) buxar hamamında qazana su töküb qaynadın. Sonra bu qazanın içinə kiçik qabda mumu yerləşdirib sudan çıxan buxarda mumu əridin. Hər iki əlin barmaqlarını bu muma (yarıisti halda olanda) batırıb, dərhal soyuq suya salın. Barmaqların ucunda qəliblər əmələ gələcək. Elə bu şəkildə yatın. Bu proseduru həftədə 2 dəfə təkrarlayın.
Cəmi 6 həftəyə zəif dırnaqlara əlvida deyəcəksiniz!