Hər bir qızın və xanımın xarici görünüşündə ən diqqətə çarpan xüsusiyyət saçlarıdır. Saçların kəsimi, rəngi və forması gözəlliyə ayrı bir rəng qatır. Tellər bəzi üzlərə gözəllik qatsa da bəzi üz quruluşlarına yaraşmır.
Alnı dar olanlar bunu gizlətmək üçün qaşların üzərinə enən telkəsimi edə bilərlər.
Almacıq sümükləri çıxıq olan üzlərə tellərçox yaxşı yaraşar.
Üçbucaq formalı üzlər dətellisaçlarla çox zərif görünərlər.
Uzun quruluşlu üzlər, əgər çənə sümükləri çox geniş deyilsə,tellərdənfaydalanaraq daha qısa görünə bilərlər.
Tellərdiqqətləri burun üzərinə çəkdiyi üçün çox iri və iti buruna sahib olan xanımlara telli saç yaraşmaz.
Tel kəsimi edərkən üz quruluşunuza da diqqət edin.
Yumru üz quruluşlu xanımlar
Yumru üzü daha oval göstərməyin asan yolu tellərdir. Bu kəsim bir az daha iddialı olduğundan hər detalına diqqət yetirmək lazımdır. Daha "sümüklü" bir görünüş əldə etmək üçün dən-dən kəsimlitelləryumru üz üçün uyğun deyil. Küt və qaş üstündə bir kəsim seçməlisiniz.
Ürək formalı üz quruluşu
Assimetrik bir üz tipi olan ürək üzətellərdaha uyğun gələ bilər. Geniş alın və uzun çənəni tarazlaşdırmaq üçün bol qatlı bir kəsimə ehtiyacınız var. Telləralın xəttindən uzun və yana ayrılmış olmalıdır. Tellərinizinuclarını nazildin. Göz xəttində kəsilmiş incətelləriistədiyiniz tərəfə ayıra bilərsiniz.
Kiçik alınlı üz quruluşu
Doğrutelkəsimiylə alnınızı diqqətə çarpan hala gətirə bilərsiniz. Bunun üçün assimetrik bir kəsimə ehtiyacınız var. Tellərinizikəsmədən əvvəl hansı yönə doğru ayırmaq istədiyinizə qərar verməyiniz lazımdır. Alınınızda yüngül bir dalğayla gələn və almacıq sümüklərinizə doğru uzanan birtelüz formanızı "çərçivələyər". Makiyajınızı asanlaşdırar.
Geniş alınlı üz quruluşu
Dağınıqtelləriniki alternativi vardır: Qalın başlayan dib, alnınızı gizlədər. Uclara doğru dağılan hissələr üzünüzü ön plana çıxarar. Buna görə çox dalğalı ya da buruq saçlar üçün uyğun bir seçim deyil. Tellərinizeyni anda həm düz, həm də yanda görünəcəyi üçün gicgahlardakı saçları almacıq sümüyü xəttində kəsin.
Kvadrat formalı üz quruluşu
Tellərkvadrat formalı üzün iti xətlərini "yumşaltmaq" üçün mükəmməl bir üsuldur. İstədiyiniz qəşəng və yumşaq görünüşü əldə etmək üçüntellərinqalın uclarını alnınızın yanlarında saxlayın. İdealtellərqaşlarınızın dərhal altına qədər tökülməlidir. Tellərinizinuclarını naziltməyi də unutmayın. Küt birtelgözlərinizin rəngini kölgələyər.
Oval quruluşlu üz:
Hərteltipinin yaraşacağı oval üzlər üçün idealtellərqaş və kirpiklərin arasında olmalıdır. Bu sizətellərinizidüz ya da yana ayrılmış şəkildə istifadə edə bilmə imkanı verər. Gicgahlara yaxın qisimləri uzun buraxmayın. Küt birtelüzünüzün ən gözəl xüsusiyyətlərini vurğulaya bilmənizi təmin edər.