Dünyaca məhşur Sofi Lorendən gözəllik sirləri
Maska: Yumurtanın sarısını 2 xörək qaşığı zeytun və sürtgəcdən keçirilmiş 2 xörək qaşığı kök ilə qarışdırın.
Üzə, boyuna və dekolte hissəyə çəkib, 20 dəqiqə rahat uzanın. Sonra isti su ilə yuyun.
Maskadan sonra:
Tonik: 3 xörək qaşığı çay dəminə yarım litir qaynar su töküb, kənarda 25 dəqiqə saxlayın.Soyuyandan sonra tənzifdən keçirib, üzərinə yarım limonun şirəsini sıxın.Şüşə qabda saxlayın. Gündə 2 dəfə pambığa batırıb, dərini silin.
Krem: 20 ml. zeytun yağını su hamamında (bir az böyük qazana su töküb qaynadırsız. Onun içində kiçik qabda yağı qoyursuz) qızdırırsız. Üzərinə 2 çay qaşığı vazelin qatıb, bir az da əridirsiz. Qazanı odun üzərindən endirib, yağa təzə sıxılmış kök şirəsi qatıb, mikserlə çalırsız. Tamkütlə halına gələndə krem hazırdır. Bu kremi yatmazdan 30 dəqiqə əvvəl çəkin.