Əziz Qadın.Netli xanımlar!
Son vaxtlarda "estetik əməliyyat", "botoks" kimi sözləri tez - tez eşidirik. Baxmayaraq ki, mən hələ nə botoks, nə də estetik əməliyyat haqqında düşünmürəm, ammabir qadın olaraq bu barədə yazılan hər bir xəbər mənim də diqqətimi çox çəkir. Bu gün sizlərlə üz dərisində " botoks" effekti yaradan bir maska resepti paylaşmaq istəyirəm.
Belə ki, bu maska Türkiyənin mənə görə ən baxımlı xanımlarının başında gələnEbru Şallının
şəxsən özünün tətbiq etdiyi bir maskadır.
Beləliklə, maskanın resepti:
3 ədəd quru qaysı ( qaysılar isti suda yumşaldılmalıdır);
1 x / q. təmiz bal;
1 c / q. kətan yağı;
Bunların hamısını yaxşıca qarışdıraraq üzə çəkirik.
15 - 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyuruq.
Hamınıza həm zahiri ,həm də mənəvi cəhətdən gözəl və baxımlı olmağı arzu edirəm...