Əziz xanımlar, elə bilirsiz ki, bütün ulduzlar gözəl bədən quruluşuna sahibdirlər? Bəziləri hətta qum saatı kimi incə bel quruluşuna sahib olmaq üçün müxtəlif yolları sınayır. Qəfildən bir təqdimata dəvət aldıqda, ilk öncə ağıllarına onlarla kamera qarşısında dayanıb poz vermək gəlir. Axı nə geyinsinlər, necə geyinsinlər ki, həftələrlə əridə bilmədikləri artıq çəkiləri kimsə görməsin.
Baxın, işin əsas hissəsi də imicmeykerlərə düşür. Viktoriya Bekham, Qvinet Peltrou, Keyt Uinslet kimi bir neçə xanım optik effektli geyim nümunələri ilə hər kəsin gözündə gözəl bədən qurluşuna sahib kimi görünə bilərlər. Stella Makkartni bu sezona yeni optik effektli geyim nümunələri təqdim edib. Bu geyimlər bir çox xanımın artıq çəkisini bir an içində kölgələyə bilər. Effekt ilk geyinildiyi andan hiss edilir. Bu tip geyimi artiq bir neçə ulduz geyinmiş və təqdimatlarda gözəl bədən quruluşu nümayiş etdirmişlər. İndi mən sizə həmin optik effektli paltarları ulduzlarin əynində təqdim edirəm...
Bəs siz necə, əziz xanımlar, optik effektli geyimdən istərdinizmi?