Üz dərisinə maska tətbiq edən zaman heç də kosmetik mərkəzə getmək gərəklideyil. Dəriniz üçün maskaları ev şəraitində də etmək mümkündür. Və çoxlarıelə hesab edir ki, maskanı üzə çəkmək olduqca asandır.
Hazırlıq
Maskanı ev şəraitində dəriyə çəkməmişdən öncə dərinizi necəlazımdırsa, hazırlamalısınız.
Yadda saxlayın:
- Əgər üzünüzdə tonal krem, ənlik və ya kirşan varsa, maskanıüzə çəkmək olmaz! - Dərinizə heç bir başqa krem çəkməyin, əks təqdirdə maskanın heç bir təsiriolmayacaq. - Üz dərisinə maskanı çəkməmişdən öncə, dərinizi losyon, süd, ya da tonikləsilin, və yaxud uşaq sabunu ilə yuyun. - Əgər üzünüzdə kosmetika yoxdursa, isti su ilə yuyunmağınız kifayətdir. -Həmçinin, əgər lazımlıdırsa, dərinizi yuduqdan sonra tam təmizlik üçünparçalama effektli skrabdan istifadə edin.
Maskanın hazırlanması
Ev şəraitində maska hazırlamaq çox asandır. Müxtəlif dəri tipləri üçünçoxsaylı maska reseptləri mövcuddur. Sizə münasib olan maskanı tapdığınızzaman aşağıdakıları oxumağınız gərəklidir. -Siz istifadə etdiyiniz məmulatların keyfiyyətindən əmin olmalısınız. -Ev şəraitində maska hazırlayarkən əmin olun ki, istifadə edəcəyiniz ərzaqlartəzədir. -Ev şəraitində hazırlanmış maskanı yalnız bircə dəfə istifadə etməlisiniz! -Maskanı hazırladıqdan dərhal sonra onu istifadə etməlisiniz!
Maskanın tətbiq olunması
-Ev şəraitində maskanı üzə çəkməzdən öncə kosmetik mağazaya gedib mütləqmaskanı çəkmək üçün fırça almalısınız. -Maskanı aşağıdan yuxarıya doğru, boyun və ya çənə hissənizdən başlayıb alınhissəyə qədər çəkin. -Maskanı çənə hissədən qulaq ətrafına, gicgah hissəyə, alına, dodağın üsthissəsinə və burun hissəyə çəkmək lazımdır. -Maskanı dodağa və göz ətrafına çəkmək olmaz. -Saçlarınıza diqqət etməlisiniz. Maskanı tətbiq etməzdən öncə saçlarınızıyığın. -Ev şəraitində hazırlanmış maskanı güzgünün qabağında çəkin, daha sonrauzanmağınız gərəklidir, bu zaman maskanın təsiri güclü olacaq. -Yadda saxlayın ! Maska üzə çəkildikdən sonra diskomfort yaranarsa, o zamandərhal maskanı yuyun!
Maskanın yuyulması
-Ev şəraitində hazırlanmış maskanı adi su ilə yumaq olar. -Yağlı dərilər üçün soyuq su əlverişlidir. -Quru dəri üçün maskanı isti su ilə yuyun. -Üz dərisindən maskanı yumazdan öncə, əvvəl onu silin, sonra yaxşı-yaxşıyuyunun. -Maskanı yuduqdan sonra nəmləndirici kremdən istifadə etmək lazımdır. Bu sadə məsləhətlərə əməl etsəniz, həmişə ev şəraitində dərinizə maskanıtətbiq edə bilərsiniz. Kosmetoloqa müraciət etmədən gözəllik və təravətiniziqoruyub saxlayabilərsiniz.