Bu meyvənin tərkibində o qədər çox vitamin və mikroelementlər vardır ki...Belə ki,100 qram meyvədə var:- 214 milliqram kalium, çox vacib fizioloji rol oynayır,ürəyin normal fəaliyyətində,sinir impulslarının ötürülməsində iştirak edir, kalsium və onun duzları sayəsində öd xaric olunur.- 0.04 qram yod, endokrin proseslərinə xeyirli təsir göstərir və orqanizmi yodla təmin edir.- 0.04-0.06 qram vitamin P, qan təzyiqini aşağı salır.- 2.1 milliqram dəmir, qanazlığı zamanı çox faydalıdır.
Bundan əlavə, gavalının tərkibində sink, kalsium, mis, fosfor, maqnezium, ftor, vitamin B1, B2, PP, C və E vardır.Gavalının aşağıdakı xeyirli xüsusiyyətləri var:- orqanizmdən xolestrini çıxarır.- çox gözəl sidikqovucu vasitədir, orqanizmdən duzları və suyu çıxarır.- sakitləşdirici təsir göstərir.- revmatizm və podaqra zamanı ağrıları götürür.- yaraları sağaldır.- görməni möhkəmləndirir.- trombların əmələ gəlməsinin qarşısını alır, artıq mövcud olan trombları aradan qaldırır.- qanı laxtalandırır.
Quru və normal dəri üçün krem-maska
Bir xörək qaşığı kərə yağını 1 yumurta sarısı, 1 çay qaşığı bal və 1 xörəkqaşığı əzilmiş gavalı ilə qarışdırın. Maskanı üzünüzə çəkin, 20-30 dəqiqəsonra kağız salfetka ilə silin. Bu qidalandırıcı kosmetik krem quru və normaldəri tipinə uyğundur.
Normal dərilər üçün gavalı-kəsmikli maska
Əzilmiş dəymiş gavalını 1 xörək qaşığı kəsmiklə (və ya xama)qarışdırın, üzünüzə çəkin, 10-15 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
Bütün növ dəri üçün maska
Dəymiş gavalının qabağını soyun, əzin və üz dərinizə çəkin, 15-20 dəqiqəsaxlayın, sonra yuyun. Quru dəriyə bu maskanı tətbiq etməmişdən öncə üzünüzə yakrem, ya da bitki yağı çəkmək məsləhətdir. Gavalı maskalarını həftədə 1 dəfəetmək olar.
Normal dəri üçün maska
Gavalının qabığını soyun, əzin və ora 1/2 çay qaşığı xama ya da bitkiyağı, kraxmal əlavə edib qarışdırın, üzünüzə çəkin, 20-30 dəqiqə saxlayın, sonraisti su ilə yuyun.
Yağlı dəri üçün qidalandırıcı maska
Gavalını əzib ora 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 20dəqiqə saxlayın, sonra isti su iləyuyun.