Üzüm alfa-hidro turşuları ilə zəngindir və bunun nəticəsidir ki, ondanhazırlanan maskalar dərini ölmüş hüceyrələrdən təmizləyir, dərini təmiz, məxməri, elastiki və yumşaq edir. Quru dəri üçün maska Eyni miqdarda bal və üzüm şirəsini qarışdırın, tənzif salfeti batırıb üzdərinizə qoyun. Quru qocalan dəriyə uyğundur Bir neçə üzüm dənəsini doğrayın və əvvəlcədən təmizlənmiş üz və boyundərisinə çəkin. Üzüm maskası istənilən dərini məxməri, təmiz, elastiki edir, əlatəmizləyir və canlandırır. Kurs 15-20 prosedurdur, həftədə 2-3 dəfə etmək olar.
Qırışlı dəri üçün üzüm-südlü maska
1/4 stəkan üzüm şirəsi ilə eyni miqdarda südü qarışdırın, pambığı batırıbüzünüzə qoyun, üstündən dəsmalla örtün. 15-20 dəqiqə saxladıqdan sonra üzünüzdəngötürün, dərinizi azacıq qurudun, krem çəkin. Maska qırışlı dəri tipinəuyğundur.
Həssas dəri üçün maska
1 çay qaşığı kəsmik, 1 çay qaşığı bal və 2 çay qaşığı üzüm şirəsinibirlikdə qarışdırın, üzünüzə çəkin, 10-15 dəqiqə sonra soyuq su ilə yuyun.
Yağlı dəri üçün maska
Əvvəlcədən çalınmış yumurta ağına 2 çay qaşığı üzüm şirəsi əlavə edibqarışdırın, üzünüzə çəkib 15-20 dəqiqə sonra soyuq su ilə yuyun.
Yağlı dəri üçün qidalandırıcı maska
1 xörək qaşığı əzilmiş üzümə yarımçıq yumurta sarısı, bir az un və ya nişastaəlavə edib qarışdırın. Maskanı üzünüzə çəkib 20 dəqiqə saxlayın, əvvəlisti su ilə, sonra soyuq su iləyuyun.