Mükəmməl gülümsəməyə sahib olmaq istəyirsinizmi? O zaman sizlərə ev şəraitində təbii vasitələrlə asanlıqla edə biləcəyiniz diş ağartma prosedurlarını təqdim edirəm.
Zeytun yağı
Dişlərinizdəki bütün tünd ləkələri aparar və dişləri ağardar. Bir parça pambıq götürüb zeytun yağına batırın və sonra dişlərinizə çəkin. Bir neçə dəqiqə gözləyib yuyun. Fərqi görəcəksiniz.
Portağal qabığı
Portağalın qabığının içini dişlərinizə sürtün. Bir neçə dəqiqə gözləyib soyuq su ilə yuyun. Və əvvəlki dilərinizlə sonrakı dişiniz arasındakı fərqi görün.
Qurudulmuş dəfnə yarpağı
2 cay qaşığı qurudulmuş və ya toz şəklindəki dəfnə yarpağını 2 çay qaşığı incə rəndələnmiş portağal qabığı ilə qarışdırın. Bu qarışım ilə dişlərinizi 4-5 dəqiqə yuyun. Daha sonra ağzınızı soyuq su ilə yaxalayın və nəticəyə baxın.
Ağ sirkə
Diş fırçasının üzərinə bir neçə damcı ağ sirkə tökün. Dişlərinizi yaxşıca fırçalayın. Daha sonra soyuq su ilə yaxalayın. Nizamlı olaraq bir neçə dəfə tətbiq etdikdən sonra sirkənin ağartma təsiri sayəsində mükəmməl bir gülümsəməyə sahib olacaqsınız...