Əvvəllər dəbdə olmayan geyimlər indi dəbdədir.Baxaq görək moda dünyasını dəyişdirən yeni moda qaydaları nələrdir?
1. Əvvəllər fərqli rəng və naxışlı paltarlar geyinməzdilər. Hər kəs tərəfindən uyğunsuz hesab edilib, kimsə tərəfindən də bəyənilməyən bu zidd rənglər indi gənc qızlarımız tərəfindən trend halına çevrilmişdir. Qarışıq naxışlı bir şalvar ilə çox fərqlibir rəngdəki köynəklər hər kəs tərəfindən rahatlıqla kombinasiya edilərək geyinilə bilir.
2.Pozulan bir qayda da ayaqqabı və çanta uyğunlaşmasıdır. Əvvəllər ayaqqabı və çanta eyni rəng, ya da naxışlı olmazdısa,dəbli görünməzdi.İndi isə əksinə, eyni rəng geyinildikdə uyğunsuz olaraq qəbul edilir. Fərqli və bir-birinə tamamiylə zidd rənglər stilistlər tərəfindən yeni qaydalar olaraq təqdim edilir.
3.Əvvəllər burnu açıq ayaqqabının altından corab geyinilməzdi, indi o qaydanı da pozduq. Artıq burnu açıq ayaqqabıların altındanistədiyiniz corabı geyinməyiniz mümkündür.
4.Növbəti qayda ətəyinuzunluğudur. Bəli, əvvəllər böyüklərimiz "Yaş böyüdükcə xanımların ətəklərininboyu da uzanar" deyərdilər. Lakin bu qaydanı da pozduq və cavan-qoca demədən mini ətəkgeyinməyi dəb halına gətirdik.
5. Paltarlarımızın altından alt paltarın görünməsi kimsə tərəfindən xoş qarşılanmazdı. Lakin indiki vaxtda alt paltarın görünməsi üçün xüsusi paltarlar hazırlanır. Məsələn, yalnız tüldən hazırlanmış olan bir köynək indi dəbdədir.