Hər mövsümün əvvəlində rəng trendləri nüfuzlu modelyerlər tərəfindən təyin edilir. Əgər siz də bu qış mövsümündə hansı rənglərin dəbdə olacağı ilə maraqlanırsınızsa, bu xəbərə mütləq baxmalısınız!
Tünd qırmızı
Şərab rəngli olan tünd qırmızı ton bu qış mövsümündə ulduzu parlayan rənglərdəndir.
Gecə mavisi
Neon mavilər keçən yaz mövsümünün ən çox seçilən rənglərindən biri idi. Qış mövsümündə isə bu rəngin yerini gecə mavisi alır. Məşhur stilistlərin bu mövsüm üçün favoriti gecə mavisi və qara kombinli dizaynlardır.
Qara
Söz mövzusu dəb olduğu zaman hər şey dəyişə bilir. Amma modelyerlər qaradan imtina edə bilmir.
Narıncı
Son bir neçə mövsümdür sanki qızıl çağını yaşayan narıncı bu qış mövsümündə də ən çox üstünlük ediləcək rənglər arasındadır.
Bənövşəyi
Parlaq bənövşəyi tonları xüsusilə canlı rənglərlə kombinlənərək qış mövsümünə damğasını vuracaq.
Xardal rəngi
Neon sarılar qış mövsümündə yerini bir az daha tünd və isti bir tona, xardal rənginə buraxacaq.
.
Şokolad tonları
Bu qış mövsümündə şokoladın bütün tonları olduqca dəbdədir.
Zümrüd yaşılı
Ötən qış mövsümdə olduqca dəbdə olan zümrüd yaşılının bir az daha mat tonları məşhur stilistlərin favoritləri arasındadır.
Xaki
Xaki tonlarına da bu qış mövsümündə olduqca sıx rast gələcəyik. Hətta metalik xaki tonları ən çox seçilən rənglər arasındadır.
Canlı rənglər və pastel tonları
Bu mövsümün ən böyük yeniliklərindən digəri də pastel tonlara canlı rənglərlə həyat verməkdır.
Boz
Qış mövsümünün vaz geçilməzləri arasında olan boz da olduqca dəbdədir. Metal və qaş detalları ilə zənginləşdirilmiş dizaynlara bu mövsüm tez-tez rast gələcəyik.