Stil ikonları necə geyinir?
Nə vaxt fotoşəkillərini görsək, dayanıb bir neçə saniyə araşdırırıq. Çünki onlar gözəl, cazibədar və eyni zamanda bir stil ikonudur. Bəs bu qadınların hansı markaları və hansı dizaynları seçdiklərini bilmək istərsinizmi?
Ashley Olsansa
Olsansa əkizlərini "Bizim Ev" adlı serialla tanımışdıq. Əkiz bacılar Ashley və Mary Qata Olsansanın adları modaya istiqamət verənlər arasında xatırlanır. Ümumiyyətlə, rahat tərzə sahib olan Ashley Olsansa bu kadrda qara biserli qəşəng bir paltar seçib. Paltarını Christian Louboutindən olankəmər ilə tamamlayan məşhur ulduz, ümumiyyətlə seçimindəChristian Dior, Gucci və Versacedən istifadə edir.
1. Monica Vinader -üzük
2. Bottega Venetta -çanta3. Prada -ətir4. Moschino -pencək5. Nogoy -kəmər6. Marc Jacobs -eynək7. Lanvin -üzük8. Givenchy -uzunboğaz çəkmə9.Celestine -üzük.10.Alexander McOueen -çanta11. Christian Louboutin -ayaqqabı12. Ashish -paltar
Leighton Meester
Yeni dövrün aktrisalarından olan, 1986-cı il təvəllüdlü Meester "Gossip Girl" serialında canlandırdığı Blair Waldorf xarakteriylə ilk dəfə baş rol oynayaraq televiziya tamaşaçılarının qarşısına çıxıb. Meester hər yeni dövr aktrisası kimi aktrisalığı qədər paltar seçimində də diqqət mərkəzindədir. Ən sevdiyi filmin "Tiffanyda Nahar" olduğunu dilə gətirən Meester Manhettenin şimal-şərq hissəsində yaşayan üst təbəqənin geyim tərzini müvəffəqiyyətlə əks etdirir.
1.Christian Louboutin -çanta2. Gucci -ətir3. Anna Vince -kəmər4. William Temptest -paltar5. Christian Louboutin -ayaqqabı6. Beaded -çanta7. Chloe -köynək8. Patricia Nicholas -bilərzik9. Vivienne Westwood -köynək10. Anna Vince -kəmər11. David Koma -paltar
Blake Lively
Son ayların ən çox sevilən serialı olan "Gossip Girl" ssenarisi ilə yanaşı, rollarıyla da diqqət çəkir. Serialda Serena rolunu oynayan məşhur ulduz Blake Lively geyim tərzini dəçox müvəffəqiyyətləseçir. Mövsümün trendlərini yaxından izləyən Blake Lively hər vaxt olduğu kimi "Chanel" dəfiləsində də olduqca qəşəng görünürdü. Qara Chanel bir paltar seçən gözəl ulduz bu paltarını klassik bir Chanel çanta ilə tamamlamışdır. Hər kəsin yeni stil ikonu olaraq gördüyü Blake Lively Burberry, Alexander Mcqueen, Versace və Miu-Miunuda yaxından təqib edir.
1. Marni -boyunbağı2. Chanel -çanta3. Balenciaga -çəkmə4. Dolce Gabbana -qara paltar5. Maison Michel -saç lentası6. Bottega Venetta -jilet7. YSL -çəkmə8. Burberry Prorsum -jilet9. River Island -boyunbağı10. Chanel -Nömrə: 5 ətir11. Christian Louboutin -ayaqqabı
Rihanna
Gənc olmağına baxmayaraq, müvəffəqiyyətli albomlarıyla bütün dünyanın yaxından tanıdığı məşhur müğənni Rihannanın geyim tərzi çox bəyənilir. Son günlərdə bu tərzi mənimsəyən sənətçi bütün moda şoularının yaxın təqibçisidir. Paris Moda Həftəsində məşhur ulduz boz bir paltar seçmişdi. Məşhur müğənni geyindiyi boz paltarı mövsümün trendlərindən olan və qara rəngli bir çantayla tamamlamışdı. Rihannanın, ümumiyyətlə, seçdiyi markalar isə Balenciaga, Fendi, Givenchy, Balmain, Vivienne Westwood və Christian Louboutindir.
1. La Prairie Life Threads Platinim -ətir2. Dolce Gabbana -çanta3. Jas MB -əlcək4. Hussein Chalayan -paltar5. a-Morir by Kerin Rose -eynək6. Burberry -bilərzik7. Nicholas Kirkwood -ayaqqabı8. Anna Vince -kəmər9. a-Morir by Kerin Rose -eynək10. Prada -çəkmə11. Herve Leger -pencək
Victoria Beckham
Hər üzvünün öz stili olan ilk qadın musiqi qruplarından "Spice Girls" üzvlərinin tərifinə görə, Victoria Beckham şöhrətinin ilk günlərindən bəri əsl moda təqibçisidir. "Spice Girls" qrupundakı üzvlüyü və David Beckham ilə olan evliliyindən daha çox, qarderobundakı bahalı parçalarla tanınan Beckham gündəlik geyimini kostyum, Hermes çantası və Laboutin ayaqqabılarından seçir.
1. Hermes Birkin -çanta2. Etdiye Borgo -bilərzik3. Christian Louboutin -ayaqqabı4. Marni -köynək5. Hermes -kəmər6.Jas MB -əlcək7.Bolqarı -ətir8. J Brand -jeans9. Balmain -dəri pencək10. Oliver Goldsmith -eynək11. Louis Vuitton- pul qabı12. Burberry -saat