Biserli geyimlərin yalnız ziyafətlərə geyinilə bilinəcəyi fikri artıq geridə qalıb. Biserli paltarları rahat parçalarla kombin etməklə gündəlik həyatda geyinə bilərsiniz. Məsələn, biserli pencəyi ağ köynək və cins şalvarla, ya da cins köynək və biserli mini ətəklə uyğunlaşdıra bilərsiniz. Belə geyimlə gün ərzində həm qəşəng, həm rahat olacaqsınız. Eyni zamanda ayaqqabını dəyişməklə asanlıqla gecə geyiminə çevirə bilərsiniz.
Diqqətli olun
Bütün biserli geyimlərdən eyni zamanda istifadə etmək çətindir. Əlbəttə, ola bilər ki, ortaya qəşəng uyğunlaşdırma çıxara bilərsiniz. Lakin doğru kombin edə bilmədiyiniz təqdirdə zövqsüz görünəcəyiniz qaçılmaz olacaq. Buna görə də risk etmədən gözəl və zövqlü görünmək istəyirsinizsə, o zaman ancaq tək biserli geyimdən istifadə edin. Digər hissələr mütləq sadə olmalıdır. Məsələn, biserli bir ətək geyirsinizsə, üst geyiminizi sadə olan geyimlərlə uyğunlaşdırın.
Biserli aksesuarlar
Əgər biserli geyimlərin sizə yaraşmadığını düşünür, ya da risk etmək istəmirsinizsə, o zaman ondan istifadə etməyin tək bir yolu var - biserli aksesuarlar! Məsələn, biserli çanta, ya da ayaqqabı.
Biserli aksesuarlardan gündəlik həyatınızda istifadə edəcəksinizsə, qara, gümüşü, qızılı tonlarda seçməli, gecə istifadə edəcəksinizsə, mavi, çəhrayı, qırmızı kimi daha canlı rəngdə olan biserli aksesuarları seçməlisiniz.
Elegant cazibədarlıq
Biserli geyimləri gecə geyəcəksinizsə, ipək, məxmər,güpür kimi dəbdəbəli parçalarla birlikdə kombin edərək daha elegant bir görünüş əldə edə bilərsiniz.
Sadə aksesuarlardan istifadə edin
Biser kifayət qədər cəlbedici olduğu üçün aksesuar seçimində də minimal seçim etməlisiniz. Gözü yoran görünüşdən uzaq olmaq üçün böyük və parlaq aksesuarlardan istifadə etməyin.
Əziz xanımlar, siz necə, biserli geyimlərdən istifadə edirsinizmi?