Qırmızı xalça - ulduzların həyatında ən əhəmiyyətli tədbirlərdən biridir.Bu tədbir üçün müvəffəqiyyətlə seçilmiş paltar,gözəl makiyaj,saç düzümü aktrisaların karyerasında da böyük rol oynayır.Əlbəttə ki,onlar bu tədbirə güzgü önündə dayanıb qarderoblarından paltar seçərək hazırlaşmırlar.Bu çətin işdə onlara stilistlər kömək edir.Həm də bu tədbir çox böyük xərc tələb edir,yəni qırmızı xalçaya çıxmaq ulduzlara çox baha başa gəlir.
Yanvar ayında ABŞ-ın Los Anceles şəhərində ənənəvi "Qızıl qlobus" kino mükafatının 69-cu təqdimetmə mərasimi keçirildi. Sözsüz ki, əksər xanımları bu mərasimdə hansı filmin, hansı aktyor və ya aktrisanın mükafat almasından çox onların qırmızı xalçaya hansı geyimlərdə çıxmaqları maraqlandırır.Elə isə gəlin baxaq görək ulduzlar qırmıza xalçada necə parlayırlar.