Xanımları aksessuarsız təsəvvür edə bilmirəm.Xüsusilə də saç aksessuarları həmişə dəbdədir.Həm gündəlik həyatımızda,həm də xüsusi yığıncaqlarda onlardan istifadə edirik.Bu xəbərimdə sizə saç aksessuarlarını təqdim edirəm.
Tək-tək olan balaca ağ güllər heç vaxt dəbdən düşmür.Həm gəlinlər,həm də toya gedən xanımlar rahatlıqla bu aksessuarlardan istifadə edə bilərlər.
Bu aksessuar o qədər zərifdir ki,dağınıq saçlarda heç hiss olunmur.
Toppuz saç modeli üçün yaxşı bir seçimdir.
Tüldən düzəldilmiş iri güllər,gəlin saç düzümünə daha çox yaraşar.
Ziyafətə getmək istəyirsiniz?Bu, uyğun bir aksessuar ola bilər.
Daha gənc xanımlarımız üçündür.Göy və qırmızı atlas paçadan düzəldilib.Sevgililər günü üçün gözəl hədiyyə ola bilər..
Üzərindəki tül bantı çox bəyəndim,rəngi də pis deyil.
İlk baxışdan şit görünsə də belə zövqlü xanımlarımız da var,əsl dəbdəbəni sevən xanımlar üçündür.
Bu model aksessuarlar gündəlik istifadə üçün əlverişlidir.
Çox zərif və sadə görünür.
İlk baxışdan adi bir gül modeli kimi görünsə də,gülün ortasındakı parlaq və nisbətən iri qaş gülə sanki canlılıq gətirir.
Bir sözlə, çox zərif və mükəmməldir.
Balaca və sıx qaşlardan hazırlanmış aksessuar.Həm gəlin saç modelləri üçün,həm də ziyafət saç modelləri üçün zövqlü seçimdir.