Seçilən ətir qoxusunun insanın xarakteri ilə əlaqəsi vardır. Romantik insanlar yüngül qoxulu ətirləri seçərkən, hərəkətli həyat tərzi olanlar daha ağır sayıla biləcək ətirləri seçir. Ətir seçdikdən sonra da çox bəyəndiyimiz bu qoxunu hər kəsin hiss etməsini və özümüzü daha rahat ifadə etməyi düşünürük.
Ətir seçərkən necə qoxu seçirsinizsə seçin, ancaq istifadə edərkən bir az diqqətli olun. Çox zaman yəqin ki, tünd ətir qoxusuyla qarşılaşmısınız. Ətir vuran şəxsdən soruşsanız, deyəcək ki, onun ətrinin çox gözəl qoxusu vardır. Amma bunu başqalarından soruşduğunuz zaman belə çox vurulmuş qoxudan narahat olduqlarını söyləyəcəklər. Demək, ətir istifadə etməyin də ölçüsü var.
Ətirdən istifadənin ilk şərti, dərinin bütün qoxulardan təmizlənmiş, yəni təmiz olmasıdır. Ətrinizin daha qalıcı olmasını istəyirsinizsə, duşdan sonra sürtün; məsamələrin açıq olması dərinin qoxunu daha yaxşı əmməsini təmin edir.
Dəri tipi də ətirin qalıcılığıyla yaxından əlaqədardır. Yağlı dərilərdə ətirlər daha çox qalır. Dəriniz qurudursa, daha çox ətir sürtməniz lazımdır.
Dərinin turşu nisbəti də ətirin qalıcılığına təsir edir:
- Turşulu dərilərdə ədviyyatlı qoxular daha qalıcıdır.
- Turşu nisbəti az olan dərilərdə (həssas və quru) isə çiçək qoxuları daha yaxşı qalır.
İsti günlərdə daha yüngül ətirlərdən istifadə edin.
Səhər, günorta, axşam eyni şəkildə ətir sıxmaq lazımdırmı?
Qəti surətdə xeyr! Ətir sıxdığınız anda ətrafınızda təxminən 3 metr diametrində bir qoxu çevrəsi meydana gətirirsiniz. Buna görə də olduğunuz mühit və günün hissələrini nəzərə alaraq ətir konsentrasiyalarından istifadə etməyiniz lazımdır.
Gündüz:
Səhərin erkən saatında avtobusda, metroda və ya iş yerində insanları narahat etmək lazım deyil. İnsanların sıx olduğu yerlərdə, nəqliyyat vasitələrində ətir qoxusu xoş olmayan nəticələr yarada bilər; məsələn, miqreni tərpədə bilər, ürəkbulanmaya, başgicəllənməyə səbəb ola bilər. Yaxşı olar ki,səhərlər meyvə qoxulu ətirləri seçəsiniz.
Günortadan sonra:
Günortadan sonra istifadə edilən ətirlər hər yerə çata bilən, həyatın şirinliyini əks etdirən ətirlər olmalıdır. Çiçək və ya meyvə qoxulu ətirlər kimi yaxşı yayılan, amma ağır olmayan qoxular seçin. İki ayrı ətirdən istifadə edirsinizsə, günortadan sonra daha vurğulu olanını seçin.
Gecə:
Ətirdən istifadə ediləcəyi tək zamandır: ya indi, ya heç bir zaman! Ətir saatlar boyunca bədəndə qalır. Qoxular içində gecə istifadəyə ən uyğun olanlar gecə paltarları ilə uyğunlaşma təmin edən, sirli və ağır parçalarla uyğun olan ətirlərdir.