2013-ci ilin gəlməsi ilə bərabər moda dünyasında da inkişafın getdiyini söyləyə bilərik. Belə ki 2013-ci ildə məktəb məzunu olacaq gənc xanımlar üçün "Məzun gecəsi paltarları-2013" kolleksiyasını sizə təqdim etmək istəyirik. İllərdir zəhmət çəkərək oxuduğunuz və müvəffəqiyyətlə bitirdiyiniz məktəbə gözəl bir şəkildə vida etmək və yoldaşlarınız arasında ən gözəl məzun olmaq istəyirsinizsə, 2013-cü il məzun paltarlarını və ən gözəl modelləri araşdıra bilərsiniz.
Necə bir məzun geyimi almalısınız?
-Alacağınız məzun gecəsi paltarı öz geyim tərzinizə görə rəngarəng və ya sadə ola bilər;
-Məzun gecəsi paltarınızın çox cazibədar olmasını istəmirsinizsə, sadə rənglərin yanında parlaq modellərə üstünlük verməlisiniz. Həm sadə, həm də parlaq bir gecə geyimi sizi daha da gözəl göstərə bilər.
-Alacağınız paltarın olduqca bəzəkli olmamasına diqqət yetirin. Çox bəzəkli bir paltar rahat hərəkət etmənizə maneə törədəcək.
2013-ci ildə gənc qızların məzun gecələrində ən çox ayaqqabılar öndə durur. Şübhəsiz ki önü qısa paltarlar da düzgün olar. Həm qəşəng, həm də zərif görsənən, önü qısa, arxası uzun paltar ilə gecəyə möhür vurmaq mümkündür.
Önü qısa, arxası uzun paltar seçimi edəcəksinizsə, mütləq dikdaban bir ayaqqabı geyinməlisiniz. Paltarınızın yaxşı görünməsini istəyirsinizsə, belə bir ayaqqabı seçimi vacibdir.
Önü qısa, arxası uzun paltarların yanında 2013-ci ildə qabarıq gecə modelləri də olduqca diqqət çəkicidir. Son dövrlərdə yalnız qadınlar deyil, gənc xanımlar tərəfindən də diqqət çəkən qabarıq gecə modelləri ilə məzun gecəsində gözəl bir görünüş nümayiş etdirə bilərsiniz.
Gözəl və estetik görünmək və eyni zamanda diqqət çəkmək fikriniz varsa, gözəl və sadə bəzək əşyalarını gecə paltarınıza uyğunlaşdıra bilərsiniz.
Ümid edirəm ki, zövqünüzə uyğun seçimlər təqdim etdim.