Ən dəbli şortlar
Havaların istiləşməsiylə ətrafda şort geyinən qadınları görməyə başladıq. Bu il yayı rahat keçirmək üçün hələ də şort almamısınızsa, bu yazını oxumanızı tövsiyə edirəm. Bu il nələr dəb olacaq?
Cins şortlar hər zamankı dəyərini qoruyur. Xüsusilə də mini olanları dəbdədir. Kətan dizdən yuxarı şortları da tez-tez görmək mümkündür. Xüsusilə rahatlığına əhəmiyyət verən qadınların mütləq heç olmasa bir kətan şort almalarını tövsiyə edirik. Bəs bu ilin əsas geyimi nədir? Eynilə rəngli geyimlər kimi rəngli şortları da tez-tez görəcəyik. Narıncı, mavi, çəhrayı, qırmızı, göy, yaşıl, sarı... Hansını alacağınıza qərar vermək həqiqətən çox çətindir. Siz ən yaxşısı əvvəldən qarderobunuza göz gəzdirin və rəng seçiminizi ona görə edin. Mən bu gün sizə bir neçə model təqdim etməyə və sizə yardımçı olmağa çalışacam.
Saya parça sevən xanımlar üçün həm əlvan, həm də gözəl modellərdir. Siz bu modelləri sadə koftalarla uyğunlaşdıra bilərsiz.
Tündvə açıq rəngli cinsləri sevən xanımlar üçün ideal seçimdir.
Rəngarəngliyi və naxışlı modelləri sevən xanımlar üçün çox əla seçimdir. Şəkillərdə də göründüyü kimi, qara rəngli sadə və naxışsız koftalarla uyğunlaşdırıb geyinə bilərsiniz.
Bu model həm sadə, həm də bir o qədər gözəl modeldir. Bu modeli hər cür ayaqqabı və koftalarla uyğunlaşdırmaq olar.
Bu model şalvar formalı bir modeldir. Bu modeli qısa sevməyən xanımlar seçə bilər.
İki fərqli rəngin uyğunlaşması... Bu modeli iki rəng sevən xanımlar seçə bilər.
Qəhvəyi rəngi sevənlər xanımlar, bu model sizlər üçün ən gözəl və ən dəbli modeldir.
Bu modeldə çox rənglərin bir-birinə keçidləri görünür. Hər rəngdə koftalarla uyğunlaşdırmaq olar.
Ağ rəngi sevən xanımlar, sizlər üçün ideal seçimlərdir. Burada həm də güpür işləmələrdən istifadə olunub.
Heç vaxt dəbdən düşməyən cinslər. Bu, həm də küçə dəbini xatırladır. Bu dəbi sevənlər üçün ideal seçimdir.
Bu ilin dəbi olan ağ və qara xətli model. Dəblə ayaqlaşan xanımlar üçün idealdır.
Bu model də çox gözəl və dəblidir.
Bu modeli daha iddialı xanımlar seçə bilər və çox cəlbedici ola bilərlər.
Əziz xanımlar, ümüd edirəm ki, sizə zövqünüzə uyğun seçimlər təqdim etdim.