Kredit nədir?
Bir təşkilat və ya bir adam sizə müəyyən bir məbləğdə borc pul versə, kredit almış olarsınız.
İki növ kredit vardır:
Ev kreditləri, avtomobil kreditləri və ya mağazalar tərəfində müəyyən alverlər üçün verilən kreditlər
Kredit kartları ilə təsis edilən limit içində üzvü olduğunuz iş yerlərində istədiyiniz alveri etmək üçün istifadə edə biləcəyiniz kredit.
Geri ödəmə
Kreditlər normalda qərarlaşdırılan müəyyən bir dövr çərçivəsində nizamlı kreditlərlə ödənir. Ev və avtomobil kreditləri dəyişkən kreditlərlə də ödənə bilər, amma çox fərdi borclar üçün təxminən eyni məbləğlərdə sabit geri ödəmələr təyin olunmuşdur.
Bir borcun ödəməsini bitirdikdən sonra, yeni bir böyük satın alma reallaşdırmaq istəsəniz yeni bir kredit almanız lazımdır.
Açıq kredit (kredit kartları) xərclənməmiş kredit məbləğinə hər vaxt çata biləcəyiniz mənasını verir.
Hansı borc tipini seçsəniz seçin, geri ödəmələrinizi vaxtında edin, yoxsa gecikməyə görə ödəniş və ya faizlər ödəmək məcburiyyətində qalarsınız.
Faiz
Borc vermə riskini qarşılamaq və pullarına qazanc təmin etmək məqsədiylə borc verənlər ümumiyyətlə borclara və dönən kreditlərə faiz tətbiq edirlər. Geri ödəmələrinizi hesablarkən, bunu daim nəzərinizdə saxlamalısınız.
Faiz məbləğinin hesablanması;
Faiz Məbləği = Müştəriyə Verilən Borc Pul Məbləği x Gün Sayı x Faiz Nisbəti
şəklində düsturla hesablanır.
Açıq kredit də (kredit kartları) istədiyiniz zaman az və ya çox, istədiyiniz qədər şişəödəyə bilərsiniz. İlk geri ödəmənin edildiyi tarixdə borc aldığınız bütün məbləği geri ödəsəniz, heç bir faiz ödəməzsiniz.
Kreditin bu kimi növləri vardır:
Bank kreditləri
Fərdi Kreditlər ( Zaminsiz İqamətgah kreditləri, sıfır və ya ikinci əl avtomobil kreditləri zaminsiz ehtiyac kreditləri istehlakçı kreditləri vs. zaminli və ya zaminsiz kreditlər) :
Təşkilati Kreditlər
Proyekt Kreditləri
Ticari Kreditlər
Açıq Kreditlər
Güzəşt Kreditləri
Sənəd Qarşılığı Avans Kreditləri
Gündəlik Faiz Nisbətli, Rotatif Sənəd Qarşılığı Avans Kreditləri
Əmtəə Qarşılığı Kreditlər
Nağd , Haqq , Daşınan Qiymət və Girov Qarşılığı Avans Kreditləri
Kreditli işlətmə ehtiyacı və Ticari Vasitə Kreditləri və s.
Necə kredit alınır?
Sizə bir kredit istifadə etməzdən əvvəl kredit keçmişiniz qiymətləndirilir.
Kredit keçmişiniz borc verənlərin sizə kredit verilib verilə- bilməyəcəyini və nə qədər miqdarı etibarlı şəkildə geri ödəyə biləcəyinizi öyrənmələrinə kömək etmək üçün hazırlanmışdır.
Ümumiyyətlə aşağıdakı kimi məlumatları araşdırır:
Bütün borclarınızın siyahısı
Cəmi borclarınızın məbləği
Neçə kredit kartınızın olduğu və xərclənməmiş kredit limitinizin miqdarı
Keçmişdə borcunuzu vaxtında ödəyib- ödəmədiyiniz
Elektrik, su fakturaları kimi digər əhəmiyyətli fakturaları ödəmənizlə əlaqədar vəziyyətiniz
Bankçılıq keçmişiniz və qənaət hesablarınızın olub -olmadığı
Digər məlumatlar da bunlara əlavə oluna bilər - məsələn bir evinizin və ya səhm və mal kimi başqa varlıqlarınızın olub- olmadığı.
Kredit büroları
Kredit büroları fərdlər və şirkətlərə bağlı maliyyə məlumatları bir yerdə cəmləşdirən rəsmi təşkilatlardır. Bu təşkilatlar əlaqədar maliyyə məlumatları toplayır və sizin borc üçün uyğun olub -olmadığınızı qiymətləndirmək istəyən qeydli borc verən təşkilatlara verir.
Kredit keçmişinizin idarəs(n)i
Kredit keçmişinizi nizamlı olaraq nəzərdən keçirib hər hansı bir səhv varsa, düzəldilməsi əhəmiyyətlidir.
Krediti doğru istifadə etmə
Kredit təcili vəziyyətlərdə, mövcud pulunuzun çatmadığı xərcləmələrinizi etməyə kömək edir. Amma geri ödəyə biləcəyinizdən daha çox borclanmamanız lazım olduğunu əsla unutmayın.
Xərcləmələrinizi idarə edin
Sizə rəhbərlik edəcək bir büdcə ilə kredit xərcləmələrinizi idarə etmək asan olacaq. Aşağıda sizə kömək edəcək bir neçə əsas qaydalarla tanış ola bilərsiniz:
Geri ödəməyəcəyiniz borcu almayın.
Xərcləmələriniz hesabını tutun, böyük xərcləmələrə fürsət verməyin Gündəlik xərcləmələrinizi qarşılamaq üçün nağd avanslar istifadə etməyin. Kredit limitinizi bilin və onu aşmayın - əks halda əlavə ödəniş ödəməniz lazım ola bilər. Hesab xülasələrinizə diqqətli nəzarət edin və hər hansı bir səhv görsəniz, bankınızdan məlumat alın. Əsla bütün kart limitini istifadə etməyin - təcili vəziyyətlər üçün bir miqdarı ehtiyatda saxlayın.Kredit müqavilənizi oxuyunƏgər maliyyə xərcləmələrinizi çoxunu bu şəkildə edir və hər hansı bir problem yaşamaq istəmirsinizsə, kredit kartı müqavilənizibaşa düşməniz vacibdir. Müqavilənizi diqqətli oxumalısınız. Bu müqavilə, borcunuzun qərarlaşdırılmış məbləğini və ya maksimum kredit limitinizi təyin edən qanuni baxımdan bağlayıcı bir sənəddir. Ödəməniz lazım olan faiz və ödənişləri, nə vaxt geri ödəmə etməniz lazım olduğunu və razılaşmanı pozsanız, necə cərimə ediləcəyinizi bildirir.Vaxtında ödəyinGecikmə ödənişləri ödəmək və kredit keçmişinizə olabiləcək zərərlərdən yayınmaq üçün ödəmələrinizi mütləq son tarixindən tarixindən əvvəl etməlisiniz.Əgər bütün məbləği ödəyə bilməsəniz, minimum məbləğdən çoxunu ödəməyə çalışın. Bu vasitəylə, böyük borc miqdarının meydana gəlməsinin qarşısını almış olarsınız. Məlumatlarınızı aktuallaşdırınAd, ünvan və ya işinizi dəyişdirsəniz, bunu daim sizə borc verən təşkilata bildirin. Bununla əhəmiyyətli ünsiyyətlərin itməsinə və gecikmə ödənişləriylə qarşı-qarşıya qalmağa mane ola bilərsiniz. Eyni şəkildə əgər şərtlər dəyişərsə və daha əvvəl ödəyə biləcəyiniz bir borcu artıq ödəyə bilməyəcək bir vəziyyətə gəlirsinizsə, bir an əvvəl borc verənlə görüşün.