Cəmiyyət insanlar və insan topluları arasında baş verən hadisə və proseslər kompleksidir. Bu hadisə və prosesləri həmçinin onların əsasını təşkil edən sosial əlaqə və asılıqları üzə çıxarmaq və təsvir etmək üçün insan mahiyyətini bir-birinə qarşılıqlı surətdə təsir göstərən adamların xüsusiyyətlərini öyrənmək, şəxsiyyətin sosioloji mahiyyəti və onun strukturunu müəyyən etmək lazımdır.
Şəxsiyyət problemi hələ çox qədim zamanlarda mütəfəkkürlərin diqqətini cəlb etmişdir.Yüz illər boyu bəşəriyyətin gözəl və dərin zəka sahibləri insanların mahiyyətinə aid çox maraqlı mülahizələr yürütmüşlər. Hələ 2500 il bundan əvvəl Afina küçələrini fənərlə gəzən Dioqen belə demişdi: "İnsan axtarıram". Halbuki küçələr qoca, cavan, qadın, kişi, matros, tacir və s.insanlarla dolu idi. Dioqen isə onların içərisində müəyyən mövqeyə malik olan peşəsi, sənəti ilə fərqlənən insan=şəxsiyyət axtarırdı.
Şəxsiyyət nədir? İnsan nə deməkdir ?-- bu sadə suala fəlsəfə, sosiologiya, psixologiya, politologiya və s. elmlər cavab verməyə çalışır. İnsan problemi ilə əlaqədar olaraq insan-fərd-şəxsiyyət anlayışlarının təhlili bu anlayışların fərqinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
İnsan - fiziki və mənəvi, təbii və sosial, irsən keçən və həyatda əldə edilənləri bir vəhdət halında biləşdirən canlı varlıqdır. İnsan anlayışı sosial və bioloji xarakterləri ehtiva edir, lakin bu halda bioloji cəhət sosial amillər tərəfindən insanlaşdırılaraq müəyyən dəyişikliyə məruz qalır. İnsan - əmək alətləti hazırlayan biososial varlıqdır. Bu tərif nəinki insanın bütün heyvanlardan fərqini ifadə edir,həm də onun sosial mahiyyətini açmağa imkan yaradır.
Fərd - insan nəslinin özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və ya sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd dedikdə, ayrıca insan nəzərdə tutulur. Ayrıca bir insan xüsusi bir fərddir. Genetik irsiyyət amilləri üstün yer tutur. Şəxsiyyət isə fərdin sosial mahiyyətini əks etdirir.
Şəxsiyyət anlayışı biososial varlıq olan insanin sosial tərəfini ifadə edir və onda olan sosial tərəfin inkişaf dərəcəsini göstərir. Şəxsiyyət anlayışı qədim yunan teatrlarında "maska" mənasını daşıyır. Başqa sözlə, aktyorların geydiyi maska real həyatdaki bu və ya digər insan tipini təşkil edirdi. Buradan belə qənaətə gəlmək olar ki, şəxsiyyət anlayışı adamların simasında və davranışında sosial əhəmiyyətli xüsusi cəhətlərin səciyyəsi tələbi kimi meydana gəlmişdir. Şəxsiyyət məhz sosial mühitdə ictimai-siyasi ideallara yiyələnir. Cəmiyyət dövlət və digər təsissatlar barədə təsəvvürə malik olur. Deməli cəmiyyət və şəxsiyyət bütöv bir fenomendir. Şəxsiyyət müstəqil, sosial fəal olan İnsandır. İnsan anadan fərd kimi doğulur, şəxsiyyət kimi sonradan formalaşır......Və sonda istər fərd kimi, istər insan kimi, isərsə də şəxsiyyət kimi Allahın verdiyi ömrü sağlam və mənalı yaşayaq İnşallah.