Məncə,hər bir qadın alış-veriş etməyi xoşlayır. Hətta xarici jurnalların birinin məlumatlarına görə, qadınların 80%-nin şoppinq sevgisi artıq bir hobbiyə çevrilib. Şəhərimizdə çoxlu müasir ticarət mərkəzləri, alış-veriş obyektləri vardır. Buralardakı növbənöv geyim çeşidləri, ayaqqabılar, alt və üst geyimlər aksessuarlar, paltolar, dəri gödəkçələr, ətriyyat biz qadınların "ağlını başından alır".
Son vaxtlar internet saytlarından təqdim olunan malları əldə etmək bir dəb halını alıb. İnternet saytlarından alış-veriş etmək istəyənlərə bir neçə məsləhət vermək istərdim.
Qiymətin qeyd olunmasına fikir verin. 26% internet-maqazinlər buna riayət etmir. Sadəcə, belə mağazaların sahibləri sadə formulu unudurlar: Malın qiyməti + çatdırılma = son qiymət.
Çox vaxt alıcılar aldanırlar və sifariş etdiyi malın qiyməti 2 dəfə baha başa gəlir. Əvvəlcədən malın qiymətini və çatdırılma qiymətini dəqiqləşdirin.
İnternet- mağazalarda çeşid seçimi insanı çaşdıra bilər və malların bol olduğunu görən qadınlar həvəsə düşüb bir neçə mal sifariş edirlər. Bu isə nəticə etibarı ilə büdcəyə xeyli ziyan vurur. Seçdiyiniz malı qaytarmaq istədikdə, ondan imtina etdikdə malın 21% ödənilir.
Həqiqətən, uğurlu şoppinq biz qadınların sevincinə səbəb olur və ani olsa da xoşbəxtlik, sevinc qismət edir.