Hər yaşın özünə xas cazibədarlığı və özünə xas ətri var. Hansı tərz qoxuların yaşınıza uyğun olduğunu bilmək istərdiz?
20+ xanımlar: Gənc xanımlardaha dinamik olduqları üçün bir çox ətrləri təcrübədən keçirə bilərlər. Lakin bu yaşlara ən uyğun qoxular iti və yüngül olmalıdır. Ağ yarpaqlı portağal çiçəyi və inciçiçəyi, meyvə və sabun ətirli yüngül qoxular bu xanımlar üçün daha əlverişlidir.
30+ xanımlar: Konfranslar, iş yığıncaqları, iş yerində keçirilən uzun saatlar, peşə məsuliyyətləri, bu yaş qadınların gündəlik iş rejiminə çevrilmişdir. Buna görə də bu yaşlarda istifadə edilən qoxular özünü ön plana çıxartmamalıdır. Ümumiyyətlə ən çox yaşıllıq və ədviyyat qoxulu ətirlərə üstünlük verilməlidir.
40+ xanımlar: Bu yaşlardakı qadınlar ətirlərdən gözəl iy verməsi xaricində, başqa şeylər də gözləyərlər. Məsələn, istifadə etdiyi qoxu onun fərdi bir imzasına çevrilməlidir. Bu baxımdan lavanda, zəncəfil kimi aromatik qarışıqların da rahatlaşdırıcı təsirləri bu yaş xanımlar üçün ideal seçim sayıla bilər.
50+ xanımlar: Dəyərlərin ən çox önə çıxdığı yaşlardır. Klassik, eleqant ətirlər bu yaşdakı xanımların "yox" deye bilməyəcəyi qoxulardandır. Gül, jasmin qoxulu ətirlər qalıcı olmaları ilə fərqlənirlər və bu yaş qadınlar üçün tövsiyyə edilə bilər.