Zinət əşyaları, gözəl qadınların ayrılmaz bir hissəsidir. Elə bir qadın çox çətin tapılar ki, zinət əşyaları ilə maraqlanmasın.
Sadəcə, hər bir qadın müxtəlif bəzək əşyalarına üstünlük verir, bəzisi bahalı qızıl əşyaları, bəzisi qiymətli daşları sevir, kimsidə parlaq bijuteriyaları sevir. Ancaq hər bir qadın zinət eşyalarını taxarkən, bularla öz gözəlliyini, zəriflik və incəliyini vurğulamağa çalışır.
Bunlar müasir qadınların sevimli əşyalarıdı, bəziləri öz zinət əşyalarına elə vurulurlar ki, onları heç vaxt çıxarmırlar, məsələn, sevimli üzük və ya sırğa, bu əşyaları çixaranda özlərini lüt hesab edirlər.
Ən məşhur zinət əşyası kimi haqlı olaraq, sırğalar hesab edilə bilər. Maraqlısı budur ki, ilk olaraq sırğaları kişilər taxmışlar, onları sümüklərdən, daş və ağaclardan hazırlayıb qulaqlarına taxırdılar. Yalnız onlardan sonra, qadınlar özlərini bəzəməyə başlamışlar.
Din yaranmağa başlayanda , sırğaları qoruyucu və gözmuncuğu kimi istifadə edirdilər, onları kahinlər və şamanlar taxardılar.
Qədim dünyanın zərgərlik əşyaları, müasir zinət əşyalarından çox seçilir. Metaldan zinət əşyaları yaratmağa çox sonralar başlanıb, lakin həmişə, insanlar müəyyən zərgərlik əşyalarını taxmaqla, cəmiyyətdə öz durum və mövqeyini bildirirdi.
Ilk sırğalar kobud olub, zərif olmayıblar,onları status üçün taxardılar nəinki gözəllik üçün, onlar ağır və böyük idilər və əlbətdəki müasirlər kimi rahat olmayıblar.
Eləki insanlar anladılar zinət əşyaları - nüfuzludu, zərgərlər yaranmağa başladı.
Xanımlar, mən də sizə bir neçə zinət əşyalarını təqdim edirəm, əminəm ki xoşunuza gələcəkdir.