Bir çox userlərin mənə çay pəhrizi haqqında müraciətlərini nəzərə alıb sizlərə çay pəhrizi haqqında yazmağa qərar verdim.Bu pəhriz 2 aydan 4 aya kimi davam edir.Bu pəhrizlə 10 kq atmaq olar.Sonra adi qidalanma rejiminə qayıda bilərsiz.Əlbəttə ki,pəhrizin əsasında yaşıl çay dayanır.Bu pəhriz gün ərzində yeməkdən əvvəl və sonra olmaqla yarım litr çay içməyə imkan verir.Yemək kimi eləcədə ciddi qadağan yoxdur.Yağlı ət və qızarmış yeməkdən uzaq durun.14 günlük çay pəhrizində çayın miqdarına çox ciddi əməl olunmalıdır.1 və 14-cü gün o deməkdir ki,1-ci günün menyusu 14-cü gün təkrarlanır.
1-ci və 14-cü gün
Səhər:1 stəkan yaşıl çay,yağsız kəsmik
Günorta:bişmiş yumurta,kələm,1 stəkan alma şirəsi
Axşam:bişmiş toyuq filesi,tərəvəz salatı,1 stəkan çay
2-ci və 13-cü gün
Səhər:1 stəkan yaşıl çay,2 dilim pendir,toster
Günorta:balıq,kələm salatı,1 stəkan yaşıl çay
Axşam:1 bişmiş yumurta,bişmiş mal əti,tərəvəz salatı,1 stəkan yaşıl çay
3-cü və 12-ci gün
Səhər:1 stəkan yaşıl çay,bərk peçenye
Günorta:gül kələm,alma,1 stəkan yaşıl çay
Axşam:2 bişmiş yumurta,xiyar,bibər salatı
4-cü və 11-ci gün
Səhər:1 stəkan çay,yağsız kəsmik
Günorta:1 yumurta,bişmiş kök,yaşıl çay
Axşam:meyvə salatı və yaşıl çay
5-ci və 10-cu gün
Səhər:yaşıl çay,tost mürəbbə ilə
Günorta:pomidor şirəsi,toyuq filesi-100q
Axşam:sürtgəcdən keçirilmiş tərəvəz salatı,yaşıl çay
6-cı və 9-cu gün:
Səhər:qurudulmuş çörək(suxarı),yaşıl çay
Günorta:dərisiz toyuq əti,kələm salatı limon şirəsi ilə,yaşıl çay
Axşam:2 bişmiş yumurta,bişmiş kök,yaşıl çay
7-ci və 8-ci gün
Səhər:2 dilim bərk pendir,yaşıl çay
Günorta:bişmiş mal əti,yaşıl çay
Axşam:meyvələr,yaşıl çay
Sonda hər birinizə sağlam bir həyat arzulayıram.