Şəkər xəstəliyi zəmanəmizin ən boyük bəlasına çevrilib. Statistik hesablamalara görə hər 7 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Amma sağlamlığımız öz əlimizdədir. Allah bizi ixtiyar sahibi yaradıb. Əgər nəfsimizə yox deyib doğru-düzgün qidalansaq bu xəstəliklə Allah verdiyi ömrü sağlam başa vura bilərik. İndi sizə təqdim edəcəyim pəhriz şəkər xəstələri üçün şəkərin, təzyiqin və bir sıra xəstəliklərin qarşısını alır və sağlam yaşamağımıza zəmin verir.
Ümumi prinsiplər
1.Az-az yeyin.
2.Tez-tez yeyin (gündə 5-6 dəfə).
3.Tez həzm olunan qidaların qəbulunu məhdudlaşdırın.
4.Hər qida qəbulundan sonra hərəkət edin.
5.Lifli qidalardan bol istifadə edin, yağı məhdudlaşdırın!
6.Hər qida qəbulundan 10-15 dəq əvvəl 1 stəkan qazsız su için.
Məhdudiyyətsiz istifadə edilə bilən qidalar.
Pomidor, xiyar, bibər, bütün növ kələmlər, badımcan, bütün növ göyərtilər, soğan, sarmısaq, kök, turp, yaşıl lobya, göbələk,
şəkərsiz çay və kofe, mineral qazsız su.
Məhdud istifadə ediləcək qidalar
Süd və süd məhsulları(yağlılığı <1,5%), yağsız ət, dərisiz toyuq və hind toyuğu, balıq, pendir (yağlılığı<30%), xama (yağlılığı<15%), kəsmik (yağlılığı<5%), dənli bitkilər (düyü, qarabaşaq, vələmir, yarma və s), makaron, çörək, kartof, qarğıdalı, paxlalar (noxud, lobya, mərci və s.) meyvələr, bitki yağı və kərə yağı (gün ərzində 1 xörək qaşığı), qoz-fındıq (gün ərzində max 4-5 ədəd), sorbit (pəhriz şəkəri gün ərzində<30qr), aspartame, sula konfeti.
Qəbulu qəti qadağandır
Bal, şəkər, qənd, mürəbbə, cem (sorbitlə bişsə bir az olar), şirin-qazlı içkilər (limonad,coca və s.), konfet (həmçinin turş konfetlər), şokolad, dondurma, şirniyyatlar (tort, peçenye, bulku və s.). Piy, quyruq, mayonez, qaymaq, yağlı ət, yağlı kolbasa, içalat, yağda olan konservlər, alkoqol, tum, fruktozalı məhsullar.