Körpəniz əmmirsə, südünüz azdırsa və ya süd gəlmirsə edilməsi lazım olanlar bu yazıda...
Normal və ya qeysəriyyə, doğum şəkli nə olursa olsun, əmizdirməyə doğumdan dərhal sonra başlanmalıdır. Çünki saatlarla sürən doğum sonrası, körpə yorğundur və acmışdır.
Hər hamilə qadının bədənində, hamiləlik müddətində körpəsini əmizdirə bilməsi üçün lazımlı dəyişikliklər olur. Buna görə, hər ana əmizdirmə qabiliyyətinə malikdir. Ancaq, yenə də doğum şərtləri, ananın və körpənin sağlamlıq vəziyyəti, südün az gəlməsi, əmizdirmə mövzusundakı təcrübəsizlik kimi səbəblərdən ötəri bir çox yeni ana əmizdirmə problemləriylə qarşılaşır.
Yeni doğan körpənin əmməməsi və ya ananın südünün az gəlməsi kimi hallarda alına biləcək tədbirlər vardır:
Körpə əmməzsə...
Yeni doğan körpənin əmməməsi ya rəhmdə kifayət qədər inkişaf etmədiyindən ya da erkən doğulmasındandır. Hər iki vəziyyətdə də körpə zəifdir. Dodaq əzələləri məmədən süd əməcək gücdə deyil. Körpə ac olduğu halda əmə bilməz. Ana əsl səbəbi bilmədiyindən həyəcanlana və kədərlənə bilər. Əgər günlərlə körpənin əmməsini gözləyəcək olsa təəssüf ki, südü kəsilər.
Nə etməli?
Körpəsi zəif və ya erkən doğulan analar daha ilk gündən körpənin əmmədiyini gördükləri təqdirdə əllə və ya elektriklə işləyən bir süd nasosuyla, südünü çəkib, steril bir qaba boşaldaraq, qaşıq və ya dəliyi geniş açılmış bir əmziklə körpəyə verməlidir.
Körpəni əmməyə alışdırmaq üçün yavaş- yavaş əmzik məməsinin dəliyini kiçiltməli, yəni dəliyi getdikcə kiçilən başlıqlar taxmalıdır.
Həmçinin, körpədə hər hansı bir ağız içi yarası varsa, yenə məmə əmə bilməyəcək, narahatlığın uzun sürməsi halında ana süddən kəsiləcək. Bu vəziyyətdə ağız yarası müalicə etdirilməli, yaxşılaşana qədər yenə süd nasosuyla məmə boşaldılmalı və süd qaşıqla verilməlidir. (Əmzik yerinə qaşıq istifadə etmək, körpənin məmədən əmməyə asan alışması baxımından əhəmiyyətlidir).
Südünüz azdırsa...
Körpəniz, nizamlı bir şəkildə əmizdirdiyiniz halda kilo almır, məmədən sonra ağlamaya davam edirsə, böyük ehtimalla südünüz az gəlir deməkdir. Südün az gəlişi, qidalanmanın qeyri-kafiliyindən qaynaqlandığı kimi ruhi vəziyyətinizlə də yaxından əlaqədardır.
Nə etməli?
Ana qidalanmasına diqqət yetirməli, mümkün qədər ruhi gərginliklərdən uzaq dayanmalıdır. Süd istehsalını artırmaq üçün bol- bol maye istehlak edilməlidir.
Südü az analar, südü az belə gəlsə, körpəsini əmizdirməyə davam etməli, geriyə qalan əskikliyi həkimiylə danışıb uşaq qida məhsulları ilə tamamlamalıdır. Bu qida, dəliyi kiçik bir əmziklə verilməlidir ki, körpə rahat əmə bilməkdən ötəri əmziyə alışmasın.
Ana südünün körpəyə faydalarını bilən analar, körpənin uşaq qida məhsullarına alışmasından qorxaraq, bu qida məhsullarına çox da meyl etmirlər. Körpənin məmədən imtina etməməsi üçün ən yaxşı üsul, iki əmizdirmədən sonra əmziklə uşaq qida məhsulunu ilə yedirməyi davam etməkdir.
Doğumdan dərhal sonra süd gəlmirsə...
Normal şərtlər altında doğumun dərhal sonra məmələrə süd gəlir. Ancaq, bəzi vəziyyətlərdə (məsələn, qeysəriyyə ilə doğum edənlərdə) südün gəlişi 3-5 gün, hətta iki həftə gecikə bilir.
Nə etməli?
Doğumdan dərhal sonra südü gəlməyən analar təlaşa və ya kədərə qapılmamalı, südü varmış kimi körpəsini əmizdirməyə davam etməlidir. Ancaq, bu vaxt, körpənin lazımlı qidanı ala bilməsi üçün, dəliyi kiçik açılmış bir əmziklə uşaq qidası ilə bəslənməlidir.
Süd olmadan əmizdirmək çox əhəmiyyətlidir. Çünki, süd hormonları məmədəki süd torbacıqlarına südün gəlişini təmin edər və davam etdirər. Hormon ifraz edən bezlər, məmə uclarındakı sinirlərə bağlı olduqlarından bu sinirlər tərəfindən xəbərdar edilməyi gözləyirlər. Bu xəbərdarlıq isə, ancaq körpənin məmə uclarını əmməsi ilə yaranır. Körpə uzun zaman məmə əmmədiyi təqdirdə, hormon ifraz edən bezlər heç bir xəbər ala bilməyəcəklərindən hormon ifraz etməyəcəklər, beləcə süd çıxarmayacaq. Bu səbəbdən, süd gəlməsə də, körpənizi nizamlı bir şəkildə əmizdirməyə davam edərək həm südün gəlməsini təmin edə bilər, həm də körpənizi əmməyə alışdıra bilərsiniz.
Əmizdirmə, bir çox anaya görə doğum sonrasının ən böyük çətinliklərindən biridir. Ancaq, ilk günlərdəki problemləri həll edib, əmizdirmə formasında oturmaq ananı rahatlaşdırır. Əmizdirmə həm ananın, həm də körpənin romantik və fiziki sağlamlığına böyük təsir edir.