Uşağa həyatın ilk 6 ayı boyunca başqa heç bir əlavə qida lazım deyil, ana südü körpənin bütün ehtiyaclarını qarşılamaq üçün kafi olur. Bu dövrdə körpəyə əlavə olaraq verilməsi lazım olan tək dəstək isə D vitaminidir.
Hər ananın südü öz körpəsi üçün özəldir
Ana südündə inək südündə olmayan və laboratoriyada emal edilməsi mümkün olmayan 100-dən çox komponent var. Bundan əlavə, ana südünün tərkibi körpənin davamlı dəyişən ehtiyaclarını ödəmək üçün daim dəyişir və yenilənir. Məsələn, ana südünün səhər saatlarındakı tərkibi axşamkı tərkibdən, birinci aydakı tərkibi yeddincidəkindən fərqli olur.
Daha asan həzm
Ana südü körpənin həssas və hələ də inkişaf etməkdə olan həzm sistemi üçün də bənzərsizdir. Ümumiyyətlə, ana südü ilə bəslənən körpələrdə ishal və ya qəbizlik kimi problemlər olmur. Yalnız ana südü verilərkən xüsusi bağırsaq florası körpələri infeksiyalardan və ishaldan qoruyur.
Daha az natrium (duz) və zülal daxildir
Ana südünün duz və zülal tərkibi inək südünə görə daha az olduğu üçün, təzə doğulanın inkişaf etməkdə olan böyrəklərinin süzmə tutumuna daha uyğun olur.
Daha az allergiya riski
Ana südü ilə qidalanan körpələrdə ilk 6 aylıq dövrdə də, sonrakı əlavə qida dövründə də qida allergiyasına süni yeməklə bəslənən körpələrə nisbətən daha az rast gəlinir.
Daha yaxşı kalsium və dəmir qəbulu
Ana südündəki kalsium və dəmir süni yeməklərə nisbətən daha çox əmilərək körpənin qan dövranına qatılır. Ana südü alan körpələrdə dəmir əskikliyi anemiyası daha az olur.
İmmuniteti gücləndirir
Ana südü körpəni müxtəlif xəstəliklərdən qoruyan immunitet maddələrini - anticisimləri körpəyə verərək immun sistemini gücləndirir. Ana südü ilə bəslənən körpələrdə qulaq iltihabı, soyuqdəymə kimi xəstəliklər daha az olur. Eyni zamanda klinik müalicə tələb edən infeksion xəstəliklərə də bu körpələrdə daha az rast gəlinir.
Obezitedən qoruyar
Ana südü körpəni gələcək həyatında obezitədən qoruyur.
Psixoloji inkişafa təsir edir
Ana südü yediyi əsnada ana ilə körpə arasında xüsusi bir əlaqə yaranır. Bu, körpənin psixoloji inkişafında müsbət təsir edir, ana-körpə əlaqəsini də qüvvətləndirir.
Ana südü verilməsi ən rahat qidadır
Hər zaman istifadə üçün hazır, təmiz və ideal istilikdə olur. Körpənin ehtiyacı olan hər yerdə və hər zaman verilə bilir. Ana südü süni qidalarla müqayisədə daha şox sərfəlidir.
Ananı da qoruyur
Əmizdirən analarda döş və uşaqlıq xərçənginə əmizdirməyənlərə nisbətən daha az rast gəlinir. 2 yaşa qədər ana südü verilməlidir. İlk 6 ay yalnız ana südü ilə qidalandırmaq, 6 aydan sonra əlavə qidalara başlamaq təklif edilir. Əlavə qidalara alışma müddətində əsas qida yenə ana südü olsa da, 1 yaşa qədər gündəlik qidalanmada 30 %-ə qədər azalır. Dünya Sağlamlıq Təşkilatı əlavə qidalarla birlikdə ana südünün 2 yaşa qədər davam edilməsini təklif edir.