Doğuşdan dərhal sonra əmizdirilməyə başlanan körpə hər hansı bir məcburiyyət olmadan, hər döş axtardığı və istədiyi zaman əmizdirilməlidir. Əmizdirmə prosesi körpə istədiyi müddətdə davam etməlidir. Təxminən 20 dəqiqə sonra körpə hələ əmməyə davam etmək istəyirsə, digər döş verilərək, hər iki döş də boşaldılmalıdır. Sonrakı dəfə son əmizdirilən döşdən başlanmalı, son əmilən döşün körpə tərəfindən tam boşaldılmadan əmmənin sonlanacağı yaddan çıxarılmamalıdır. Doğuşdan sonrakı 3-4-cü günlərdə ananın südü tam gəlməyə başlar. Bu südün iki mərhələsi vardır. Birincisi, döşə gəlmiş "ön süd", digəri isə körpə əmdikcə kanallardan gəlməyə davam edən "sonrakı süd". Ön süd bir az daha sulu oldugundan, sonrakı südün yağ nisbəti daha çoxdur və körpə bu südə çatdığı zaman gələn südün yağ nisbəti körpədə doyumluq hissi oyandırıb döşdən ayrılmasını təmin edəcəkdir.
Körpə hansı tezlikdəəmizdirilməlidir?
Körpəniz ehtiyacı olduğu zaman əməcək. Acdığı zaman ağlayacaq, kifayət qədər süd içdiyi zaman da qidalanmagıdayandıracaq. Körpələrin çox kiçik mədələri var, buna görə də qidalanma zamanı yalnız öhdəsindən gələ biləcəkləri qədər kiçik miqdarda süd əmərlər. İlk bir neçə həftədə yeni doğulan körpəniz 24 saat ərzində 7-8 dəfə qidalanmağa ehtiyac duyurlar. Bu da hər 3-4 saatdan bir qidalanmaq deməkdir. Körpənizin qida saatları arasında istirahət etməyə və yediklərini həzm etməyə ehtiyacları vardır. Bu zaman fasiləsində döşünüz təkrar südlə dolar. İlk aydan sonra əmizdirmə tezliyi gündə 5-6 dəfəyə düşər.
Hər əmizdirmə ümumilikdə təxminən 10-20 dəqiqə çəkir. Başlanğıcda körpəniz bir az doymamış kimi davranacaq, lakin doyduqca və yorulduqca daha sakit bir şəkildə əməcək. Körpənizin kifayət qədər bəslənib-bəslənmədiyini öyrənməyin ən yaxşı yolu aylıq çəki artımını nizamlı olaraq izləməkdirdir.