Cizgi filmlərinin valideynləri narahat edən məqamları
Melumat:
Uşaqların həvəslə izlədiyi cizgi filmləri bu zamana qədər həmişə məzmunundakızorakılıq,zərərli ünsürlər səbəbiylə mütəxəssislər tərəfindən tənqid mövzusu olmuşdu. Ancaq son zamanlarcizgi filmlərinin mütəxəssislər tərəfindən deyil, ailələr və xüsusilə analar tərəfindən tənqid olunan başqa məqamları var.
Cizgi filmlərdə əks etdirilən şişirdilmiş "xoşbəxt ailə" hekayələrindən və bu vəziyyətin bəzivalideynlərinecə narahat etdiyindən bəhs edəcəyik.Yəniuşaqəylənsindeyə oturub saatlarla izləmələrindəheç bir problem görmədiyimiz, hətta ayaq altında dolaşmadıqları üçün zövq belə aldığımız xoşbəxt ailə məzmunlu cizgi filmlər..."Caillou", "Lauranınulduzu","Pepee" və digərləri...
Cizgi filmlərdəki "ata" fiqurları da xeyli müzakirə edilən mövzudur. Oturub saatlarla televizorabaxmayan, evə gec gəlməyən, uşaqlarına vaxt ayıran (hər nə olur olsun) + onların problemlərini dinləyib həll etməyə çalışan atalar! Belə "varlıqların" dünyada yaşadığına inanırsınızmı?
Lakin təkidləuşaqlarının problemlərini dinlədiyi azmış kimi, bir də ürək qırmadan və uşağının özünə inamını sarsıtmadanonlarıhəll etməyəçalışanatanın macəralarını izləyirik. Yenə istədiyimizi görə bilmirik. Çünki, bizim gördüyümüzatalaruşaqların, məsələn, süd içməkkimi "sadə" problemlərinin həllinianalarahəvalə edirlər. Cizgi filmlərdə isə uşağının süd içməkdən imtina etdiyini görən atadil tökür,uşağını razısalmağıbacarır. Bir neçə dəqiqə sonra da uşaqsüd içməyəcan atır.
Bəhs edilən cizgi filmlərinin çoxu xarici ölkələrdəistehsal edilib. Yerli istehsala onqat daha çox xərcçəkiləcəyi,artıqçıxarılmış və bir az da köhnəlmiş olduğu üçünxərci az olancizgi filmlərini seçən zamanbunların nəyə səbəb ola biləcəyinə diqqət edilmir. Dörd barmaqlı və burunsuz bir ailənin uşağı olan Pepee... Gün ərzində etdiklərinə baxdığımız zamangününüçöldə keçirən və həyətdəözündən başqa kimsə olmadığı üçün hər istədiyini edə bildiyi bir mühitdə böyüyür Pepee.Anası və atası Pepeenin bütün
şıltaqlıqlarınaböyüksəbirlədözür.
Bu cizgi filmlərə baxıb təsir altına düşənyalnız uşaqlar deyil. Xüsusilə analar ekrandakı"möhtəşəm analarla" özünü müqayisə edir və niyə onlar qədər səbirli, anlayışlı, qüsursuz ola bilmədiyinidüşünür.
Pedaqoqlar bu haqdabelə deyir: "Qüsursuz valideynyoxdur. Əhəmiyyətli olan səhvi görmək, qəbul etmək və kompensasiya etməyə çalışmaqdır. Heç bir ana-ata mükəmməl deyil. Buna görə dəqüsursuz görünməyə çalışmaq təbii deyil. Həyatın hər sahəsində olduğu kimi, valideynrolunda da insanların təbii davranmaları ən gözəlidir".
"Ekrandakı ana-atanın uşağının istək və ya mənfi davranışlarına səbir göstərməsini, doğru cümlələrlə cavab verməsini və ya marağını başqa şeylərə istiqamətləndirməsini seyr edən bir uşaq haqlı olaraq, öz valideynlərindən dəbənzər davranışı istəyəcək. İzlədiyi cizgi filmdən təsirlənib ana-atasına"Sən niyə belə deyilsən?" deyən bir uşağa əsəbləşərək ya da danlayaraq reaksiya verilməsi son dərəcə yanlışdır".
Doğru və yaşına uyğun cizgi filmləri (proqramlar)vaxtaşırıuşaqlabirlikdə seyr edilə bilər. Valideynlər uşaqlarını öyrədərkən fərqində olmadan özləri də öyrənirlər.Cizgi filmlərindəki mədəni dəyərlərdən qaynaqlanan fərqliliklərisə uşağa uyğun cümlələrlə izah edilməlidir.