25 yaşından sonra yemək vərdişləri və hormonal tarazlıqlar dəyişir. Hərəkətsiz həyat və nizamsız yuxu da bunaəlavəolunduqdamaddələr mübadiləsinin sürəti yavaşlayır vəbədəndə yağ nisbəti artır.Beləliklə,kökəlməkqaçılmaz olur. İstirahət vəziyyətində orqanların çalışması, bədən istiliyinin qorunması kimi həyati fəaliyyətlərin davam etdirilməsi üçün lazımlı olan məcburi enerji xərcləməsinə maddələr mübadiləsinin sürəti deyilir. Bu sürətin zamanla düşdüyü bir həqiqətdir. Bu eniş çox yemək iyeməyə səbəb olur, hətta pəhriz saxlanmasınabaxmayaraq, arıqlamağa damane olur. Yaş, cins, yuxu müddəti, mütəmadi aclıq halı, qızdırmayla müşayiət olunan xəstəliklər, fiziki fəaliyyət kimi amillər vəhormonlar da maddələr mübadiləsinin sürətinətəsir edəbilər. 25 yaşından sonra azalanbu sürət kökəlməyə səbəb ola bilər.
25 yaşından etibarən formada qalmaq üçün nəetmək lazımdır?
Tez-tez və az-az qidalanmaq, nə olursa-olsun, pay ötürməmək, həddindən artıq duz, şəkər və yağlı qidalardan qaçmaq şərtdir. Təbii ki, siqaret və spirtli ickilərdən uzaq dayanmaq lazımdır. Pəhrizlərdə bol su və mayeli qidalardan istifadə etmək, lifli qidaların(quru paxlalılar, kəpəkli taxıllar, tərəvəz və meyvələr kimi) istifadə etməkformada qalmaq üçün əhəmiyyətlidir.
Hansı müayinə vətestlər edilməlidir?
Terapevtvə ya endokrinoloq tərəfindən aparılacaqkliniki müayinədən sonraəldə edilən qanın təhlilindən sonra pəhriz proqramı təyin edilir.
Məşq və həyat tərzi dəyişikliyi həyata keçirilir.Müalicəyə dəstək məqsədilə qida pəhrizi, dərman müalicəsi və ya cərrahi müalicə tətbiq oluna bilər. Müəyyən bir çəki itkisinin ardından çəki tənzimləməproqramı təyin edilir. Bu əsnada həkim tərəfindən təkrar aparılanbiokimyəvi testlər tələb edilə bilər.