Holland pendirli, vetçinalı maffinlər (foto resept)
Melumat:
Tərkibi:
100 q vetçina (kolbasa da olar)
100 q holland pendiri
150 q süd
100 q "Wellington"kərə yağı
250-300 q un
2 ç.q qabartma tozu (və ya sirkədə söndürülmüş 1 ç.q soda)
Duz
İstiot
Hazırlanması:
Vetçinanı kvadrat şəklində doğrayırıq.
Pendiri də bu qaydada doğrayırıq.
Yumurtanı duz, istiotla çalırıq.
Yumurtaya süd və yumşalmış yağı əlavə edib qarışdırırıq.
Vetçinanı, pendiri də bu qarışığın üzərinə əlavə edirik.
Unu və qabartmanı ən sonda qataraq kütləni qarışdırırıq.
Formanı yağlayıb qarışıqdan elə tökürük ki, formanın hündürlüyünün 2/3 hissəsi qədər olsun.
Qabaqcadan 180 dərəcədə isidilmiş sobaya qoyub bişirmək lazımdır.
Təxminən 30 dəqiqəyə bişir və 12 ədəd çıxır.
Hazır olub olmadığını kibrit və ya diş çöpü ilə yoxlamağı unutmayın.
Nuş olsun!
(Tərcümə edilib)