Tərkibi:
Toyuq filesi
Yumurta
Yerkökü
Kahı yarpağı
"Azərduz" yodlu narın xörək duzu, istiot
"Bizim süfrə" klassik mayonezi
Qara istiot - bəzək üçün
Konservləşdirilmiş qarğıdalı
Suxari
Hazırlanması:
Fileni qaynadıb sürtgəcdən keçiririk. Yumurtaları qaynadıb,sarını ayırırıq. Ağını isə ortadan bölürük.
Sarısı ilə fileni qarışdırıb duz-istiot vururuq, mayonez vurmaq istəyə bağlıdır. Boşqaba kahı yarpaqlarını düzürük, üzərinə yumurtanın ağını qoyuruq.
Qarışıqdan toplar düzəldib,ağın içinə qoyuruq. Kökdən dimdiklərini, qara istiotdan gözlərini düzəldirik.
Daha sonra kökdən cücələrin pipiyini də düzəldib, ətrafına istədiyimiz ərzaqdan səpirik. Mən konservləşdirilmişqarğıdalıdan və suxaridən istifadə etdim.
Nuş olsun!