Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)
Melumat:
Lazım olanlar:
500 q. toyuğun qaraciyəri
2 x.q. xama
4 ədəd yumurta
0.5 x.q. un
2 çimdik istiot
2 çimdik "Azərduz" yodlu narın xörək duzu
2 x.q. duru yağ
İçlik üçün:
2 ədəd yerkökü
3 ədəd soğan
2 diş sarımsaq
5 x.q. "Bizim Süfrə" klassik mayonezi
2 x.q. duru yağ
Hazırlanması:
Əvvəl yerkökünü yuyub sürtgəcdən keçiririk.
Soğanı da təmizləyib doğrayırıq.Tavanı qızdırırıq, 2-3 x.qaşığı duru yağ töküb soğanı və kökü qızılı rəng alana kimi qızardırıq.
Sürtgəcdən keçirilmiş sarımsağı mayonezə əlavə edirik.
Ciyəri yuyuruq və ət maşınından çəkirik.2 yumurta, 2 x. qaşığı xama, un, duz, istiot əlavə edirik.
Yaxşıca qarışdırırıq.
Tavanı qızdırıb yağ əlavə edirik.Böyük qaşıqla ciyər qarışığından tavaya töküruk (təxmini 15 sm diametr).
Hər iki tərəfini qızardırıq.
Təxminən 5-6 blinçik alınır.
Hər layın arasına sarımsaqlı mayonez çəkirik.
Sonra 2-3 x.qaşığı qızardılmış kök və soğanı əlavə edib yayırıq.
Bu qayda ilə o biri layları da üst-üstə qoyuruq.
Üst qata mayonez çəkirik.
2 yumurtanı qaynadırıq. Sarısını çəngəllə əzib üzərinə səpirik.1-2 saatdan sonra doğranıb süfrəyə verilir.
Qaraciyərdən hazırlanmış qəlyanaltımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)