Tərkibi:
700 qram "Bizim Tarla" soyulmuş pomidoru
500 qram çəkilmiş ət
3 xörək qaşığı suxari
150 qram düyü
1 ədəd baş soğan
2-3 diş sarımsaq
Azərduz yodlu narın xörək duzu, istiot
Zövqə görə göyərti
Hazırlanması:
Ətə suxari, duz, istiot əlavə edib yaxşıca qarışdırırıq, balaca küftələr hazırlayırıq.
Pomidorun qabığını təmizləyib blenderdən keçiririk. Blender olmasa sürtgəcdən də keçirmək olar.
Qazana 2.5 litr su töküb qaynadırıq, qaynayan suya düyünü əlavə edirik. Düyü qaynadıqdan sonra küftələri əlavə edib 5 dəqiqə qaynadırıq.
Pomidoru, soğanı əlavə edirik.
Sarımsağı sarımsaqəzəndən keçirib sonda şorbaya əlavə edirik.
Şorbamız hazırdır. Süfrəyə verdikdə üzərinə narın doğranmış göyərti əlavə edilir.
Nuş olsun!