Tərkibi:
700 qram qoyun əti
700 qram kartof
2 ədəd bolqar bibəri
2 ədəd "Bizim Tarla" soyulmuş pomidoru
150 qram yag
2 ədəd kök
2 baş soğan
2-3 diş sarımsaq
3 xörək qaşığı tomat pastası
Azərduz yodlu narın xörək duzu, istiot
Zövqə görə göyərti
Hazırlanması:
Soğanı, əti, pomidoru, bibərləri doğrayırıq, kökü sürtgəcdən keçiririk.
Qazana yağ və soğanı əlavə edirik. 5 dəqiqə qovurduqdan sonra əti əlavə edib qızardırıq.
Sonra pomidoru, bibəri, kökü, tomat pastasını ardıcıl olaraq əlavə edib qarışdırırıq.
Üzərinə çıxanadək qaynar su əlavə edib 30 dəqiqə qaynadırıq.
Kartofları doğrayıb qazana əlavə edirik. Yenə də ərzaqların üstü örtülənədək qaynar su, duz istiot əlavə edib hazır olanadək, yəni 15 dəqiqə gözləyirik. Zövqə görə sarımsaq da əlavə edə bilərsiniz.
Hazır şorbaya göyərti əlavə olunur.
Nuş olsun!