Xanımlar, bu gün mən sizlərə çox faydalı bir göbələkdən danışacam və onun şorbasının hazırlanmasını açıqlayacam. Bu bitkinin adı quzuqarnıdır (yəqin ki bilənlər var). Azərbaycan dilində isə Quzu göbələyi adlanır. Quzuqarnı çox faydalı bitkidir. İlin ilk göbələyi sayılır. Quzuqarnı gözəçox faydalıdır, bu bitkinin tərkibindəki maye göz əzələlərinə yaxşı təsirbağışlayır və görmə qabiliyyətini artırır. 1995-1996-cı il də bir TV proqramında hollandiyalı professor onun xeyrindən danışıb: “İnsan vücudunda ən təhlükəli mikrobları yox edib, bu mikrobların bədəndənçölə çıxmasına səbəb olanbaşqa bir qida yoxdur”.
İndi isə resepti təqdim edirəm. Bu bitkinin şorbası dadlı olduğu kimi, qızartması da əla olur.
Tərkibi:
Quzuqarnı - 1 kq
Kərə yağı -50 qr
Baş soğan - 1 ədəd
Kartof - 2 ədəd
Göyərti
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Əvvəlcə quzuqarnı 2 saatlıq duzlu suyaqoyulur.
Sonra axarsu altında təmiz yuyulur və 15 dəqiqə suda pörtlədilir. Süzgəcə tökülub suyu axıdılır.
Soğan doğranıb yağda qızardılır, bura pörtlədilmiş quzuqarnı əlavə edilib ikisi bir yerd 5 dəqiqə qovrulur.
Sonra suəlavə edibbişirilir, kartof4 yerə bölünüb şorbaya əlavə edilir.
Süfrəyə veriləndə zövqə görə üzərinə göy sarımsaq əlavə edilir.
Şorbamız hazırdır.
Nuş olsun!