Tərkibi:1 ədəd kiçik toyuq2 ədəd badımcanYarım sarı bolqar bibəriYarım qırmızı bolqar bibəri1 ədəd yaşıl bibər2 ədəd kartof10-12 ədəd ağ göbələk4-5 ədəd pomidor və ya "Bizim Tarla" soyulmuş pomidoru
Kəklikotu"Wellington" kərə yağı"Zeytun Bağları" zeytun yağıSous üçün:1 st. toyuq bulyonu2 x.q."Bizim Tarla" tomat pastası3-4 diş sarımsaq3 x.q. sirkə, yaxud limon suyuDuz,istiotHazırlanması:İlk öncə badımcanları soyub uzun-uzun doğrayırıq və duzlu suya qoyub acısını çıxarırıq.
Daha sonra toyuğu dograyıb az suda qaynamağa qoyuruq. Bulyon dadlı olsun deyə, içinə kiçik baş soğanı iki yerə bölüb atırıq.
Bu arada sacı ocağın üzərinə qoyub isidirik. İçinə 1 x.q. kərə yağı və eyni miqdarda bitki yağı əlavə edib əridirik.
Bibərləri uzun-uzun və qalın doğrayıb sacın içinə yığırıq və qızarıdırıq.
Qızaran bibərləri ayrı qaba yığırıq. İndi isə saca 4 yerə böldüyümüz göbələkləri əlavə edirik və eyni ilə onları da qızardıb,bibərlərin üzərinə yığırıq.Yağa ehtiyac olduqca əlavə edə bilərik.
Acı suyunu sıxdığımız badımcanları saca düzüb, hər iki üzünü qızardırıq.
Kartofları halqaşəklində doğrayıb saca düzürük və bunların da hər iki üzünü qızarıdırq.
Qızartdığımız tərəvəzlərin hamısını bir qabda üst-üstə yığırıq və qaynamış toyuğu saca əlavə edib azca qızardırıq.
Toyuqlar qızaran müddətdə biz də sousumuzu hazırlayaq. Bunun üçün 1 st. toyuğun bulyonundan süzürük,içinə əzilmiş sarımsaq, tomat, limon suyu, duz, istiot əlavə edib qarışdırırıq.
Hazırladığımız sousu yavaş-yavaş toyuğun kənarından əlavə edirik və qarışdıra-qarışdıra bir neçə dəqiqə bişiririk. Sous qatılaşmağa başlayanda, iki yerə böldüyümüz pomidorları sacın kənarına düzürükvə gözəl qoxu verməsi üçün üzərinə azca kəklikotu səpirik.
Sacın üzərinə qapaq örtüb, bir neçə dəqiqə az atəşdə bişməyə qoyuruq. Pomidorlar yumşalan zaman toyuğu və pomidorları ayrı bir qaba boşaldırıq.
İndi isə qızartdığımız tərəvəzləri sıra ilə saca düzürük və ən sonda pomidorlarla toyuğu yığırıq.
Və yeməyimiz hazırdır.
Nuş olsun!