Tərkibi:
100 qr. ət
2 ədəd orta boy soğan
4 ədəd alça turşusu
4 dəstə cəfəri
50 qr çəkilmiş ət
1 ç.q "Bizim Tarla" tomat pastası
1 st. su
Duz
Hazırlanması:
Əvvəlcə əti doğrayıb, birçimdik duz atıbpörtlədirik.
Soğan və cəfəri xırda-xırda doğranır.
Pörtülmüş ətin üzərinə soğan əlavə edib qovururuq.
Soğanıqovurandan sonra cəfərini əlavə edirik, onu da bir az qovururuq.
Sonra tomat pastası əlavə edirik, üzərinə 1 st. su əlavə edirik, qapağı örtürük.
Qaynara düşəndən sonra çəkilmiş əti balaca kürəciklər halına gətirib atırıq onun içinə. Duz və turşunu da atırıq.
Plovun yanına qoyularaq süfrəyə verilir.
Nuş olsun!