Tərkibi:
500 qram mal əti
200 qram lobya
200 qram təzə kələm və ya "Bizim Tarla" qarışıq turşusu
800 qram kartof
2 ədəd kök
1 ədəd baş soğan
3-4 qaşıq "Bizim Tarla" tomat pastası və ya iki ədəd təzə pomidor
Zövqə görə kərə yağı və ya duru yağ
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Lobya 3-4 saat soyuq suda isladılır
Ət çox da xırda olmayan tikələrə bölünür, duz əlavə edilib 1 saat ərzində bişirilir
Hazır ətə lobya əlavə olunur
Lobya bişənə yaxın kartof doğranıb qazana əlavə edilir, kələm əlavə olunub 10 dəqiqə qaynadılır
Soğanı xırda doğrayıb, yağ əlavə edib bir az qovururuq
Kökü sürtkəcin orta gözündən keçirib, tavaya əlavə edib birlikdə bir neçə dəqiqə qovururuq, sonra tomat pastası əlavə edib daha 5 dəqiqə qovururuq, sonra qazana əlavə edirik
Şorbamız hazırdır, zövqə görə göyərti əlavə edə bilərsiniz
Nuş olsun!
(tərcümə edilib)