Əziz xanımlar, yəqin ki, hamınız gicitkənin nə qədər faydalı olduğundan xəbərdarsınız. Elə isə onunla hazırlanan bir şorba reseptini sizlərə təqdim edirəm. Hazırlayın, dadına baxın.
Tərkibi:
500 qram toyuq filesı
700 qram kartof
1 ədəd iri dəstə təzə gicitkən
2 ədəd baş soğan
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Əti quşbaşı doğrayırıq, qazana soyuq su, duz əlavə edib 30 dəqiqə bişiririk.
Soğanı xırda-xırda doğrayırıq. Gicitkən əlimizi incitməsin deyə ya isti suda bir az pörtürük, ya da əlimizə rezin əlcək geyərək doğrayırıq.
Kartofları da əti doğradığımız tikələr boyda doğrayırıq, qazana əlavə edirik.
5 dəqiqədən sonra soğanı əlavə edirik. İstəsəniz soğanı yağda bir az qızarda da bilərsiniz. Ardınca doğranmış gicitkənləri əlavə edib hazır olanadək, yəni kartoflar bişənədək gözləyirik.
Şorbamız hazırdır.
NUŞ OLSUN!
(tərcümə edilib)